Əsas Səhifə > Güney Press / Ana xəbər > "Bəs bu pullar kimlərin cibinə gedir?"
"Bəs bu pullar kimlərin cibinə gedir?"2-06-2014, 12:36 |
![]() ""Azərpoct"da olan özbaşınalıqdan yazmaq istəyirəm. Xahiş edirəm, bu haqda araşdırma aparın. Bu mövzunu işıqlandırın, çünki insanların sadəlövlüyündən istifadə edib xalqı aldadırlar". Bolgexeber.com bildirir ki, bu məzmunlu məktubla oxucu milli.az-a şikayət edib. Oxucu məktubunda mayın 30-da “Azərpoçt”un şöbələrindən birində başına gətirilənləri yazıb: “Köçürmə sistemi ilə göndərilən pulu almaq üçün “Azəripoçt” şöbəsinə getmişdim. Nərimanovda yeraltı keçidin yanındakı poçta yaxınlaşdım, orada bu sistemlə məşğul olan xanımın işə gəlmədiyini deyib məni "mədəni" şəkildə Nərimanov metrosunun yanındakı 52 saylı poçta göndərdilər. Orada isə xanım mənə sistemdən istifadə edə biləcəyini, amma gələn dolları manatla verəcəyini bildirdi. Dolların kursunun aşağı olduğunu dedikdə isə "istəmirsən göturmə" cavabı aldım. Məcbur qalıb pulu aldım, halbuki aldığım məbləğdə digər banklarla müqayisədə - 0.3 AZN fərq var idi. Bundan əlavə xanım mənə pulu verərkən heç bir mübadilə haqda kağız vermədi və pulu isə 1manat 60 qəpik az verdi. Etiraz edəndən sonra 1 manatı ödədi, 60 qəpiyi isə "kserekopiya" haqqı olaraq saxladığını bildirdi. Düşünün, heç bir əsas olmadan gün ərzində bu xanım 100 müştəridən 1.5 AZN alsa, gündəlik gəlir 150 AZN, aylıq isə 3300 manat edir. Bəs bu pullar kimlərin cibinə gedir?” “Azərpoçt”un 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin müdiri Fəxriyyə Qəhrəmanova sayta açıqlamasında bildirib ki, dollar olmayanda müştəriyə pul manatla ödənir: “Ödəniş həmin günün valyuta məzənnəsi ilə edilir. Əgər müştəri istəmirsə, gözləməlidir ki, şöbəyə dollar gətirək, sonra ona ödənişi edək”. Geri qayıt |