Əsas Səhifə > Güney Press / Ana xəbər > Erməni əsilli məmurlardan nə vaxt canımız qurtaracaq?

Erməni əsilli məmurlardan nə vaxt canımız qurtaracaq?


30-05-2014, 12:24
Erməni əsilli məmurlardan nə vaxt canımız qurtaracaq?
Ölkəmizdə ermənilərlə qohumluq əlaqələrinə malik məmurların olması dövlətçiliyimizə hər an problemlər yarada bilər. Məsələ burasındadır ki, ayrı-ayrı qurumların üzvləri içərisində anası və ya arvadı erməni olan çoxlu şəxslər var. Şübhəsiz ki, ermənilərlə qohumluq əlaqələrinə malik məmurların Ermənistanla müharibə şəraitində olan ölkəmiz üçün xeyirli heç nə vəd etmir. İndiyə qədər bir sıra ictimai fəallar, rəsmi şəxslər də bəyan ediblər ki, ermənilərlə qohum olan məmurların sayı çoxdur.

Buna görə də müvafiq qurumlar ciddi ölçü götürməlidir. Azərbaycanda yüksək vəzifəli məmurlar arasında ermənilərlə qohumluq əlaqələri olan insanlar ölkəmizin əleyhinə, Ermənistanın xeyrinə fəaliyyət göstərirsə, Azərbaycana xidmət etmirlərsə, Ermənistana münasibətdə yumşaq mövqedədirsə, onlara mənfi yanaşmaq, fəaliyyətlərinə xitam vermək lazımdır. Vaxtilə atasının və ya özünün səhvindən yaranmış qohumluq əlaqələrinə görə Ermənistana səmimi xidmət edənləri üzə çıxarmaq, ölkədən kənarlaşdırmaq lazımdır. O adamların ki, ermənilərə məhəbbəti var, onlara qarşı kəskin mövqe olmalıdır. Düzdür, respublikamızın təhlükəsizlik məsələləri hüquq-mühafizə orqanları tərəfindən yetərincə qorunur. Bu mənada hesab edirik ki, Ermənilərlə qohumluğu olub ermənilərə məhəbbət bəsləyənlərə qarşı ciddi ölçü götürülməlidir. Əslində düşmən bir millətlə qohumluğu olan məmurların əksəriyyətinin kimliyini əslində hamı bilir. Cəmiyyət həmin insanlara öz münasibətini bildirməlidir. Bu gün respublikamızın torpaqları ermənilər tərəfindən işğal altında saxlanılır. Təəssüf ki, erməni əsilli və ermənilərlə qohum olan xeyli sayda məmurlar var. Məhz ermənilərlə qohum olan məmurlar Qarabağ münaqişəsinin həllinə problem yaradırlar. Mühüm informasiyaları arvadlarına, övladlarına çatdırırlar. Onlar da Ermənistandakı qohum-qardaşlarına ötürür. Belə kadrlar yuxarı vəzifə eşalonlarında da, aşağılarda da yer tutublar. Ölkə dövlətimiz üçün təhlükə olan belə adamlardan təmizlənməlidir. Ermənilərlə qohum olan məmurlar heç bir qarışığı olmayan təmiz türk mənşəli məmurlara qarşı gözdən salma kampaniyası aparırlar. Hətta bəziləri o dərəcədə harınlayıb ki, təmiz türk olan məmurların, onların övladlarının barəsində mediaya dezinformasiya ötürürlər. Ölkədə ermənilərlə əlaqəsi olan məmurların təkcə onlardan ibarət olmadığı rəyini yaratmağa çalışırlar. Ona görə də biz hamımız, mətbuat belə həssas məsələdə diqqətli olmalıyıq. Erməni xislətlilərin qurduğu tora düşməməliyik. Düşmən xalqla qohumluğa malik məmurların olması xüsusilə informasiya təhlükəsizliyi baxımından ölkəmiz üçün ciddi təhlükədir. Ermənistana elə mühüm əhəmiyyət kəsb edən informasiyalar ötürülə bilər ki, bu, Azərbaycana çox ciddi zərər gətirə bilər. Ermənistan tərəfindən torpağı işğal olunan respublikamızda ermənilərlə qohum olanların yer tutması qəbuledilməzdir. Azərbaycandan düşmənə informasiya sızdırılmasına gətirə bilər. Qeyd edək ki, belə şəxslər arasında keçmiş məmurlar da var. Elələri də var ki, mətbuat onlar haqqında yazdıqdan sonra vəzifələrindən qovulurlar. Əldə etdiyimiz məlumatlara görə, belə şəxslərdən biri hələ də canfəşanlıq edir. Bu səbəbdən də biz В«KnarikВ»in anasının qəbrini görmək istəyirik. Deyilənə görə, həmin ölünün nəşi müxtəlif bəhanələrlə Azərbaycan ərazisindən çıxarılıb. Axı ölü gedib öz Vətənində rahatlıq tapa bilər. Belə isə maraqlıdır: - niyə həmin şəxs özü də Azərbaycanı tərk edib getmək istəmir? Axı bu mümkündür. Necə olur ki, sənin valideyninin nəşi bu torpaqda rahatlıq görmür, öz Vətəninə göndərilir, amma sən hələ də burdasan. \\ gundelik-bakı \\

Eldar Əfəndiyev

Geri qayıt