Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallıda məhkəmə hakimindən narazılıqlar var
Masallıda məhkəmə hakimindən narazılıqlar var30-05-2014, 12:22 |
![]() Bu gün Azərbaycanda ardıcıl və sistemli olaraq həyata keçirilən məhkəmə-hüquq islahatları ölkədə qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edir. Ölkənin artan iqtisadi imkanları bu sahədə islahatların bundan sonra da uğurla davam etdiriləcəyinə qəti əminlik yaradır.Bununla belə vətəndaşların redaksiyamıza ünvanladıqları şikayət ərizələrində bəzi məhkəmə hakimlərinin fəaliyyətindən doğan narazılıqlar hələ də öz əksini tapmaqdadır. Mövzuya dair ötən yazılarımızda da biz dəfələrlə qeyd etmişik ki, ölkənin ədliyyə sisteminin normal fəaliyyəti vətəndaşların həm hüquqlarının, həm də məsuliyyətlərinin təminatını həyata keçirməklə asayişi mühafizə edir. Təbii ki, ədliyyə müəssisələrinin normal fəaliyyəti ilk növbədə ölkə qanunlarına və ədalət prinsiplərinə ciddi əməl olunmaqla həyata keçirilməlidr. Təəssüflər olsun ki, redaksiyamıza ünvanlanan məktub və müraciətlərin bəziləri hələ də ədliyyə sahəsində yer almış neqativ təzahürləri əks etdirirlər. Bir müddət bundan əvvəl aldığımız məlumatlarda Masallı rayon məhkəməsinin hakimi Anar Alməmmədovun fəaliyyətinə qarşı ciddi iradlar irəli sürülmüşdü. Şikayət məktublarında qeyd olunmuşdu ki, Anar Alməmmədovun yol verdiyi vəzifədən sui-istifadə halları nəinki sadə vətəndaşları, həmçinin digər hüquq-mühafizə orqan əməkdaşlarını da ciddi şəkildə narahat etməkdədir. Hətta məlumatlarda bildirilirdi ki, öz işində yol verdiyi nöqsanlar səbəbindən bu hakim Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi ilə də münasibətlərində ziddiyyətlərin yaranmasına əsas vermişdir. Biz dəfələrlə belə bir fikri öz yazılarımızda əks etdirmişik ki, artıq hansısa bir məsul vəzifənin bu vəya digər şəxsə nüfuz və etimad gətirdiyi dövrlər geridə qalmışdır. Bu gün ölkə rəhbərliyinin uğurla həyata keçirdiyi daxili siyasət də məhz cəmiyyətimizin saflaşmasına, dövlətimizin bütün strukturlarının, o cümlədən ədliyyə sisteminin korrupsiya və rüşvət mərəzinə yoluxmuş elementlərdən birdəfəlik təmizlənməsinə xidmət edir. Təbii ki, bu saflaşmanın elə ilk növbədə məhkəmələrdə həyata keçirilməsi də çox vacib və zəruridir. Axı haqsızlığa məruz qalmış, hansısa bir məmur tərəfindən incidilmiş vətəndaş məhz məhkəməyə müraciət edir, ədlətin burada bərpa olunacağına inanır. Buna görə də hökm çıxaran hakimlərə qarşı irəli sürülən tələblər daha sərt və daha ciddi olmalıdır.A.Alməmmədovun fəaliyyətindən narazı qalan Masallı sakinlərinin təqdim etdikləri məlumatlarda isə bu hakimin qardaşının da hazırda axtarışda olması faktının yaranmış ziddiyyətlərin getdikcə daha da dərinləşməsinə xidmət etdiyi bildirilir. Bu barədə hələ ötən ilin ortalarında ölkə mətbuatında yayımlanan məlumatlarda da bildirilirdi ki, "Repair House" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. Baş Prokurorluqdan KİV-ə verilən məlumata görə, müəyyən edilmişdi ki, MMC-nin direktoru Məhəmməd Alməmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin digər üzvləri ilə cinayət əlaqəsinə girərək Bakı şəhər sakinlərinin mənzillərinin təmiri ilə bağlı müxtəlif tarixlərdə müqavilələr bağlayıb, lakin faktiki olaraq həmin mənzillərdə təmir işləri aparılmayıb, bununla da vətəndaşlara ümumilikdə 113 min manat məbləğində ziyan vurulub... Geri qayıt |