Əsas Səhifə > Güney Press / Ana xəbər > В«AzərsığortaВ»ya qarşı inanılmaz sığorta fırıldağı
В«AzərsığortaВ»ya qarşı inanılmaz sığorta fırıldağı30-05-2014, 12:09 |
![]() Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyəti ya düzgün işləmir, ya da vətəndaşları məmnun etmir. Buna səbəb həmin şirkətlərin daha çox pul qazanmaq həvəsi və müştərilərini şirnikləndirmək yolu ilə aldatmasından ibarətdir. TİA.AZ xəbər verir ki, hazırda Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir. Onlardan biri isə В«AzərisığortaВ»dır. Nizamnamə kapitalı 2 milyon manat olan bu şirkət isə ümumilikdə, fırıldaqçılıqda ad çıxarıb. Bunu təbii ki, biz yox, sığorta şirkətinin müştəriləri deyirlər. Bu yaxınlarda üzləşdiyi problemlə əlaqədar müştərisi olduğu В«AzərsığortaВ» şirkətinə üz tutan vətəndaşlardan biri qəribə təkliflə qarşılaşıb. TİA.AZ-a danışan adının çəkilməsini istəməyən həmin şəxs bildirib ki, yaşadığı problemlə əlaqədar sığortaladığı əmlakına dəyən zərərə görə haqqını almaq istəyib. Elə şirkət də buna etiraz etməyib. Amma bir şərtlə ki, bəzi sənədlərə qol çəkməliymiş. Belə ki, üzləşdiyi problemdən dolayı dəyən zərər 2000 manat olsa da, В«AzərisığortaВ» şirkətinin nümayəndəsi rəqəmi şişirdərək, 5000 manata çatdırıb. Elə düşünməyin ki, yazılan məbləğin hamısı vətəndaşa verilib. Əksinə, şirkətin rəsmisi müştəriyə təklif edib ki, ona dəyən 2000 manat qeyri-şərtsiz ödəniləcək. Amma o, sənəddə 5000 manata imza atmalıdır. Və bu da onların В«qazancıВ»dır. Bundan başqa, В«AzərisığortaВ» şirkətinin və filiallarının başqa maliyyə fırıldaqlarının olduğu da deyilir. Hazırda TİA.AZ olaraq bizə daxil olan məlumatları araşdırmaqla məşğuluq. Bizi izləyin! Geri qayıt |