Əsas Səhifə > Güney Press / Ana xəbər > Goranboydakı Gips Zavodunda fəhlələr qul kimi işlədilir
Goranboydakı Gips Zavodunda fəhlələr qul kimi işlədilir29-05-2014, 11:42 |
|
Goranboyda fəaliyyət göstərən, Gəncə şəhərinin 17 km-də yerləşən Dəliməmmədli qəsəində yerləşən Gips Zavodunda çalışan fəhlələr qul kimi işlədilir. JAM.AZ xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Həmin məlumatda deyilir ki, türk şirkətlərindən birinə məxsus şirkətdə çalışanların əksəriyyəti Goranboyun ətraf kəndlərinin sakinləridir. Onların 95 faizi ilə əmək müqaviləsinin bağlanmadığını bildirən mənbə işçilərin olmazın əziyyət çəkdiklərini qeyd edib. Məlumatda vurğulanır ki, səhər saat 8-dən axşam saatlarına qədər işlədilən fəhlələrin hətta istirahət hüququ belə yoxdur. Belə ki, onların həftədə bir dəfə istirhaət etmələri qətiyyən qadağandır. Hətta ayda bir dəfə istirahət etmək hüququndan da məhrumdurlar. Məlumatda qeyd edilir ki, türklərin işlətdiyi bu zavoda bir sıra başqa qanunsuzluqlar da yaşanır və onların hamısı camaatın gözü qarşısında baş verir. Amma müvafiq dövlət qurumları bununla bağlı heç bir tədbir görmürlər. Geri qayıt |