Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezidentin rayon səfərləri hansı başçını narahat edib?
Prezidentin rayon səfərləri hansı başçını narahat edib?27-05-2014, 11:31 |
![]() Prezident İlham Əliyev Neftçalaya səfər edəcək. Gunxeber.com-un bu barədə əldə etdiyi məlumata görə, İ.Əliyevin Neftçalaya planlaşdırılan səfəri icra başçısı İsmayıl Vəliyevi təlaşa salıb. Cənub rayonları içərisində abadlıq-quruculuq işləri baxımından ən bərbad rayon olan Neftçalada demək olar ki, son illərdə heç bir əsaslı təmir-tikinti işləri aparılmayıb. Əksinə rayonun inkişafı üçün ayrılan büdcə vəsaitləri mənimsənilib. Neftçalanın kəndləri bir yana rayon mərkəzi böyük bir savaşdan çıxmış ərazini xatırladır. Prezidentin Neftçalaya səfəri zamanı bu mənzərəni görməsinin ona baha başa gələcəyini bilən İ.Vəliyev təcili kosmetik təmir işlərinə başlayıb. Bunun üçün İ.Vəliyevin idarə, müəssisə rəhbərlərindən, iş adamlarından pul yığdırdığı bildirilir. Bundan başqa rayonda kifayət qədər iqtisadi-sosial problemlər, məmur özbaşınalıqları olduğundan İ.Vəliyev rayon sakinlərinin prezidentə şikayət edəcəyindən narahat olaraq İ.Əliyevin ictimaiyyətlə görüşünə ancaq xüsusi adamların buraxılmasına göstəriş verib. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Geri qayıt |