Əsas Səhifə > Güney Press / Ana xəbər > Söyün Sadıqov “AzerRoss”u saxtalıqla ələ keçirib
Söyün Sadıqov “AzerRoss”u saxtalıqla ələ keçirib27-05-2014, 11:10 |
![]() Tanınmış rusiyalı yazıçı, azərbaycanlıların da çox yaxşı tanıdığı Aleksandr Fomenkov Rusiyada yaşayan iş adamı, öz qalmaqallı çıxışları ilə seçilən Söyün Sadıqovun “AzerRoss” təşkilatını necə saxta yolla ələ keçirməsi barədə şok sənəd paylaşıb. Axar.az-ın Fomenkovun şəxsi Feysbuk səhifəsinə istinadən xəbərinə görə, o, Sadıqovun “AzerRoss”un adından danışmağa haqqının olmadığını qeyd edib. Buna səbəb kimi Fomenkov hələ bir neçə il bundan öncə Sadıqovun saxta yolla təşkilatı ələ keçirdiyini deyib və “AzerRoss”un o vaxtkı sədri D.Kərimovun imzası ilə Rusiya Ədliyyə Nazirliyindən onun barəsində ölçü götürmək istəməsini əks etdirən ərizənin foto-surətini yerləşdirib. Fomenkov şərhində deyir: ”Nə vaxtdan o, Rusiya xalqları Milli Assambleyası Şurasının sədridir? Layiqli, mədəni azərbaycanlıların əlindən təşkilatlarını aldığına görə onun özünü cinayətə cəlb eləmək lazımdır”. Xatırladaq ki, Fomenkovun təqdim etdiyi ərizədə Ədliyyə Nazirliyindən Söyün Sadıqov barəsində ölçünün götürülməsi istənilib. Geri qayıt |