Əsas Səhifə > Güney Press / Ana xəbər > Karyerası sona yaxınlaşan məmurların siyahısında kimlər var?
Karyerası sona yaxınlaşan məmurların siyahısında kimlər var?26-05-2014, 10:02 |
![]() Bu il iyunun sonuna qədər Azərbaycan hökumətində yeni yerdəyişmələr olacaq”. Virtualaz.org saytının yaydığı xəbərə görə, bu sensasion bəyanatı "Caspian European Club”un (CEIBC) icraçı direktoru Telman Əliyev verib. O, bu bəyanatla öz В«facebookВ» səhifəsində çıxış edib. 2002-ci ildə yaradılan və regional təşkilat olan CEIBC öz sıralarında 50-dək ölkədən olan 500-dən çox şirkət və təşkilatı birləşdirir. CEIBC öz fəaliyyətini əsasən Xəzər və Qara dəniz hövzələrində və Baltik dənizi regionunda həyata keçirir. "Caspian Energy International Media Group” və Xəzər və Qara dəniz hövzəsi ölkələrində çalışan iri neft-qaz şirkətləri də ona bu işdə fəal dəstək verir. Telman Əliyevin sözlərinə görə, İlham Əliyev yaxın vaxtlarda daha bir neçə naziri dəyişəcək və yenilərini təyin edəcək. İcraçı direktorun sözlərinə görə, artıq bir neçə nazir "Caspian European Club”un üzvləri olan şirkətlərin rəhbərləri ilə görüşməkdən bu il iyunun sonuna qədər imtina edib, səbəb onların taleyinin artıq həll olunmasıdır. Rəhbəri İlham Əliyev olan nüfuzlu bir təşkilatın icraçı direktorunun - Telman Əliyevin bu bəyanatı mahiyyət etibarilə sensasion sayıla bilər. Çünki burada söhbət hökumətə bağlı ciddi bir qurumun rəhbərliyindəki şəxsin bəyanatından gedir. Ekspertlər Telman Əliyevi hakimiyyətin yuxarı eşelonlarına çox yaxın və kifayət qədər məlumatlı şəxs kimi səciyyələndirirlər. Bununla belə Telman Əliyev öz bəyanatında təfərrüatlara varmayıb və söhbətin konkret olaraq "taleyi artıq həll olunmuş” hansı nazirlərdən getdiyini dəqiqləşdirməyib. Özəl qaynaqlardan aldığımız məlumatlara görə, vəzifədən çıxarılması gözlənilən nazirlərin arasında daha çox Ziya Məmmədov və Azad Rəhimovun adı çəkilir. Mənbə deyir ki, həm nəqliyyat, həm də gənclər və idman nazirinin adı son vaxtlar bəzi qalmaqallı olaylarda çəkilib ki, bu da ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanmayıb: В«Hələlik, bu iki şəxsin vəzifədən çıxarılması məsələsi yuxarılarda ciddi şəkildə müzakirə olunur. Ehtimallara görə, gələn ayın sonuna kimi Nəqliyyat və Gənclər və İdman nazirliklərinin rəhbərliyində kadr dəyişikliyi həyata keçiriləcək. Digər tərəfdən, yüksək vəzifə tutan bəzi məmurların da işdən çıxarılacağı gözlənilir. Məndə olan məlumatlara görə, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, В«AzərenerjiВ» ASC-nin sədri Etibar Pirverdiyev, В«Azərbaycan Hava YollarıВ» QSC-nin sədri Cahangir Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sədri Arzu Rəhimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev kimi fiqurlar tutduqları postlarla vidalalaşmağa ən real namizədlərdir. Çünki onların rəhbəri olduqları qurumlarda problemlər daha çoxdur. Bu səbəbdən kadr islahatlarına ehtiyac yaranıbВ». Verilən məlumata əsasən, yerli icra hakimiyyəti orqanlarında da rəhbər dəyişikliyi qaçılmazdır: В«Belə ki, paytaxt rayonlarından bir neçəsinin icra başçısının dəyişdirilməsi məsələsi gündəmdədir. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Nəsiminin icra hakimi Nəsib Məhəməliyevin karyera limiti artıq dolub. Onların yerinə başqa kadrların gətiriləcəyi ehtimal edilirВ». İstənilən halda, hökumət daxilində yerdəyişmələrin aparılması vacibdir və işinin öhdəsindən layiqincə gəlməyi bacarmayan şəxslər tutduqları vəzifələrdən uzaqlaşdırılmalıdır. \\ gundelik bakı \\ Yazı ilə bağlı bütün tərəflərin münasibətini dərc edə bilərik. Geri qayıt |