Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Azərbaycanı parçalama planı - В«Şirvanın Azadlıq CəbhəsiВ» yaradıldı

Azərbaycanı parçalama planı - В«Şirvanın Azadlıq CəbhəsiВ» yaradıldı


23-05-2014, 16:02
Azərbaycanı parçalama planı -  В«Şirvanın Azadlıq CəbhəsiВ» yaradıldı
Ermənistanın dəstəyi ilə Azərbaycanda yaşayan tat və dağlıların qızışdırılması üçün daha bir planın üzərində çalışılır. Mayın 16-17-də İrəvanda keçirilən tatşünaslığa dair konfransda isə məsələ daha açıq şəkildə diqqət mərkəzinə gətirilib.

JAM.AZ erməni mətbuatına istinadan xəbər verir ki, Ermənistanın dəstək verdiyi yeni plana əsasən Azərbaycanda В«ŞirvanВ» dövlətinin yaradılmasına başlanılmalıdır. 16-cı əsrə qədər tarixdə mövcud olmuş Şirvanşahlar dövlətinin bərpası məqsədini daşıyan həmin planın əsas dəstəkçiləri sırasında təəssüf ki, təkcə ermənilər yox, həm də azərbaycanlılar da var.

Sosial şəbəkələrdə yayılmış məlumata əsasən bəzi adamlar ermənilərin fitvasına uyaraq, artıq В«Şirvanın Azadlıq CəbhəsiВ» adlı təşkilat yaratdıqlarını bəyan ediblər. Bu ilin fevralından başlayan prosesin ölkənin Şimal ərazilərində yayılması istiqamətində işlər görüldüryü bildirilir.

Bunun açıq şəkildə separatçılıq olduğu şübhəsizdir. Özü də ermənilərin əliylə həyata keçirilən bir separatçılıq.

Geri qayıt