Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputat yararsız poçt binasını paylaşdı
Deputat yararsız poçt binasını paylaşdı3-11-2025, 09:26 |
|
Bərdədən deputat seçilən Fatma Yıldırım adıçəkilən rayonun Samux kəndində olub. Gununsesi.info-nun xəbərinə görə, kənddə olan deputat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyinə olan Poçt binasının mövcud durumunu görəndə təəccübünü gizlətməyib.
Amma fotodan görünür ki, bərbad vəziyyətdə olan poçt binasında normal iş şəraiti mümkünsüzdür. Dağılmış pilləkənlər, nəm çəkmiş divarlar bu binanın mövcud durumunu açıq ifadə edir. Görünür, deputat poçt binasının fotosunu paylaşmaqla nazir Rəşad Nəbiyevə mövcud durumu anlatmağa çalışıb. Geri qayıt |