Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Komitə sədrliyindən vurulan Elşad İsgəndərov prezidentlə görüşüb?
Komitə sədrliyindən vurulan Elşad İsgəndərov prezidentlə görüşüb?22-05-2014, 15:38 |
![]() DİA.AZ: - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərova yeni vəzifə veriləcək. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mötəbər mənbənin söylədiyinə görə, Elşad İsgəndərovun təhsil naziriliyinə nazir müavini vəzifəsinə təyin ediləcəyi gözlənilir. Mənbənin söylədikləri: В«Elşad İsgəndərovun qələmini anidən qırdılar. Sıradan bir təbliğatla bu gənc kadrı bitirdilər. İndi isə İsgəndərovun soyuq başla düşünməyə və onunla bağlı qərar verən dairələrin də baş verənləri analiz etməyə yetərincə vaxtları olub. Artıq situasiyə dəyişmək üzərədirВ». Mənbəmiz iddia edir ki, əgər Elşad İsgəndərov təhsil nazirliyində vəzifə alacaqsa, o zaman iqtidar daxilindəki münasibətlər yenidən yerindən oynayacaq. Elşad İsgəndərovla bağlı bu arada başqa bir informasiya da almışıq. Bildirilir ki, bu günlərdə keçmiş komitə sədri prezidentlə görüşə bilib. Əgər bu doğrudursa, o zaman görüşün nəticələrinin artıq özünü təzahür etdirdiyini söyləyəbilərik. Qeyd edək ki, təhsil nazirliyindən diaaz.space-a açıqlamasında Elşad İsgəndərovun nazir müavini gətirilməsindən xəbərsiz olduqlarını bildiriblər. Geri qayıt |