Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramiz Mehdiyev ifadə verdi: 7 saat dindirilib
Ramiz Mehdiyev ifadə verdi: 7 saat dindirilib17-10-2025, 14:41 |
|
Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib. "DİA-AZ" Gununsesi.info-ya istinadən xəbər verir ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb. Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşaiyət edib. Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub. PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Geri qayıt |