Əsas Səhifə > Güney Press / Ana xəbər > Gədəbəy icra hakimiyyəti bir ailəni Allahın ümidinə buraxıb
Gədəbəy icra hakimiyyəti bir ailəni Allahın ümidinə buraxıb22-05-2014, 08:58 |
![]() Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gədəbəy rayonunun Novoivanovka kəndində yoxsulluq şəraitində yaşayan Məlikovaların ünvanlı sosial yardımla təminat məsələsini araşdırıb. Məlum olub ki, 3 nəfərdən ibarət ailəyə indiyədək 3 dəfə sosial yardım təyin edilib. 2012-ci ilin iyulunda dördüncü müraciətə baxılarkən, ailənin orta aylıq gəlirinin ehtiyac meyarının məcmusundan yüksək olduğu müəyyən edilib. Bu səbəbdən də sosial yardımın təyin olunması üçün növbəti müraciətə imtina cavabı verilib. Xatırladaq ki, В«Həftə içiВ» qəzetinin 7 may 2014-cü il tarixli sayında В«Bir daxmanın altındakı 3 köməksiz qadınВ» başlıqlı yazı dərc olunmuşdu. Gədəbəy rayonunun Novoivanovka kənd sakini, 1927-ci il təvəllüdlü Məlikova Qaratel Məhəmməd qızının şikayət məktubu əsasında hazırlanmış məqalədə onun 47 yaşlı Qəribə və 43 yaşlı Mehirban adlı qızları ilə birlikdə qəzalı daxmada yaşadıqları, ailənin maddi durumunun ağır olduğu, ünvanlı sosial yardım və digər müavinətlər almamasından bəhs olunurdu. Aidiyyəti qurumlar, o cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı araşdırma aparılacağını və aztəminatlı ailəyə mümkün köməkliklərin göstəriləcəyini bəyan etmişdilər. Nazirlik araşdırdı... “Həftə içi”nin əməkdaşı yoxsulluq və dözülməz mənzil şəraitində yaşayan ailənin üzləşdiyi problemlərlə bağlı yenidən aidiyyəti qurumlarla əlaqə saxlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Həftə içi”nin sorğusuna cavab olaraq bildiriblər ki, Qaratel Məlikovanın şikayəti tam araşdırılıb və yekun nəticələr artıq məlumdur. Belə ki, 3 nəfərdən ibarət Məlikovalar ailəsinə müxtəlif tarixlərdəki müraciəti əsasında 3 dəfə sosial yardım təyin edilərək ödənilib. 16.07.2012-ci il tarixdə təkrar müraciətə baxılarkən ailənin son 1 il ərzindəki gəlirləri 3520 manat 52 qəpik, orta aylıq gəliri isə 293 manat 37 qəpik təşkil edib. Bir il ərzində Qaratel Məlikovanın pensiyası 1528 manat 14 qəpik, 2-ci keyfiyyət qrupuna aid olan 1,64 hektar pay torpağından 830 manat 20 qəpik, 0,03 hektar həyətyanı torpaqdan 15 manat 18 qəpik, 1 baş inəkdən 530 manat, 1 baş danadan 500 manat, 3 toyuqdan 36 manat, 3 qazdan isə 81 manat gəlir əldə edilib. Həmin il ailənin ehtiyac meyarının məcmusu 255 manat olub (adambaşına 85 manat) və ailənin orta aylıq gəlirinin daha yüksək olduğu nəzərə alınaraq sosial yardımın təyin olunmasından imtina edilib. Nazirlikdə onu da əlavə ediblər ki, 2014-cü ildə Qaratel Məlikova ünvanlı sosial yardım almaq üçün Gədəbəy Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəsmi müraciət etməyib. Qaratel Məlikova ünvanlı sosial yardım almaq üçün ailəsini təmsil edən şəxs qismində zəruri sənədləri tam tərkibdə mərkəzə təqdim edəcəyi təqdirdə, onun ailəsinin bu yardımı almaq hüququna adıçəkilən mərkəzdə fəaliyyət göstərən komissiyada baxılacaq: В«Bildiririk ki, 2014-cü il üçün ehtiyac meyarı 100 manat məbləğində təsdiq edilib. Əgər Qaratel Məlikovanın 3 nəfərdən ibarət ailəsinin orta aylıq gəlirinin məbləği 300 manatdan az olarsa, onun ailəsinə ehtiyac meyarının məcmusu ilə ailənin orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı sosial yardım təyin edilə bilərВ». ...Problem isə böyüyür Şikayətçinin qızı Mehriban Məlikova “Həftə içi”nə açıqlamasında hazırda ən böyün narahatlığın mənzil şəraitsizliyi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, bu barədə aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, ailəyə heç bir köməklik göstərilməyib: “İndi vəziyyət həddən artıq gərgindir. Çünki yaşadığımız daxmada qəza vəziyyəti xeyli artıb. Əgər leysan yağışları başlasa, evimiz hər an uça bilər. Biz artıq ölüm təhlükəsi ilə üz-üzə qalmışıq. Ancaq Gəbədəy RİH-in, yerli icra nümayəndəliyinin və digər aidiyyəti dövlət orqanlarının rəhbərlikləri hələ də susurlar. Evdə uçqun baş versə, ailə üzvlərimizdən kiminsə həyatı təhlükə altında qalarsa, buna görə dövlət qurumlarının rəhbərlikləri məsuliyyət daşımalıdırlar. Çünki onlar müraciətlərimizə hələ də müsbət cavab vermirlərВ». Mehriban Məlikova onu da əlavə edir ki, xəstə bacısına pensiya təyinatı, ünvanlı dövlət sosial yardımın bərpa edilməməsi üzündən ailənin maddi durumu daha da ağırlaşıb: В«Mənə iş verən olsa, əlavə qazanc edib, ailəmizə yardım göstərərəm. Amma işlə bağlı köməklik göstərən də yoxdurВ». Novoivanovka kənd icra nümayəndəsi Rasim Hüseynov В«Həftə içiВ»nə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum qəzalı daxmanın təmiri, xəstəlikdən əziyyət çəkən Qəribə Məlikovaya pensiya təyin edilməsi, Mehriban Məliokvanın işlə təminatı məsələlərinə kömək etməkdə gücsüzdür: В«Çünki bizim belə bir səlahiyyətimiz və maddi imkanlarımız yoxdur. Amma həmin ailənin üzləşdiyi problemlər barədə Gədəbəy Rayon İcra Hakimiyyətinə məlumat vermişəm. Problemlərin nə zaman və hansı formada həll olunacağı məsələsi rayon icra hakimiyyətindən asılıdırВ». Rayon icra hakimiyyətindən mübhəm izahat Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Allahverdiyeva isə В«Həftə içiВ»nə açıqlamasında bu aztəminatlı ailəyə ünvanlı sosial yardım verilməməsini belə izah edib: В«Qaratel Məlikovanın inəyi olduğu üçün o, sahibkar sayılır. Bu səbəbdən də ona və ailəsinə sosial yardımın verilməsi dayandırılıb. Heyvandarlıq və sahibkarlıqla məşğul olan digər ailələrə də belə yardımların göstərilməsi dayandırılmaqdadır. Ünvanlı sosial yardımın dayandırılması qanunvericilik əsasında aparıldığından rayon icra hakimiyyətinin Qaratel Məlikovaya hər hansı formada köməklik göstərməsi mümkün deyilВ». O ki qaldı Mehriban Ələkbərovanın işlə təminatı, ailənin digər üzvü Qəribə Məlikovanın isə xəstəliyi ilə bağlı sənədləri əldə edə bilməməsinə, başçının müavini hər iki məsələdə onlara kömək edəcəyini deyib. Onun sözlərinə görə, Qərimə Məlikova xəstəlik sənədlərinin hazırlanması üçün Rayon icra hakimiyyətinə yenidən müraciət etməlidir: “Biz bu məsələni ciddi nəzarətdə saxlayacaq. Həmin ailənin üzvləri qəbuluma gəlsinlər ki, mən onların problemləri ilə yaxından tanış olum və yardım göstərim. Mən ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşlarına, kənd icra nümayəndəliyinə, Gədəbəy Rayon Məşğulluq Mərkəzinin və rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə göstəriş verəcəyəm ki, lazımi köməklikləri göstərsinlərВ». Məlikovaların qəza vəziyyətində olan evinin təmirinə gəlincə, Vəfa Allahverdiyeva bu məsələnin müsbət həllinin çətin olduğunu söyləyir. Onun sözlərinə görə, rayon icra hakimiyyətinin ehtiyat vəsaiti olmadığından yoxsul və aztəminatlı ailələrin hamısına maddi yardım göstərə bilmir: В«Qaratel Məlikovanın qəzalı evinə baxış keçirilib və hər şey aktlaşdırılıb. Ancaq rayon icra hakimiyyətinin ehtiyat fondu olmadığından qəzalı evin təmiri, yaxud yeni evin tikintisi üçün dövlət tərəfindən maddi yardım ayrılmalıdır. Əks halda köməksiz ailənin üzləşəcəyi problemlərə görə biz məsuliyyət daşımayacağıqВ». ![]() ![]() ![]() ![]()
Geri qayıt |