Əsas Səhifə > Güney Press / Ana xəbər > Etibar Pirverdiyev "düşmənini" tapmaq üçün pul ayırdı

Etibar Pirverdiyev "düşmənini" tapmaq üçün pul ayırdı


21-05-2014, 11:42
Etibar Pirverdiyev "düşmənini" tapmaq üçün pul ayırdı
Son günlər В«AzərenerjiВ» prezidenti Etibar Pirverdiyevlə bağlı mətbuatda çeşidli məlumatlar dolaşır. Xüsusən də onun 2,4 milyon manata özünə villa aldığı xəbərləri daha çox gündəmi zəbt edib. JAM.AZ xəbər verir ki, şirkət rəhbəri təkcə bu deyil, haqqında digər məlumatların da yayılmasından ciddi şəkildə narahat olmağa başlayıb.

Məlumatlarda deyilir ki, Pirverdiyev baş verənlərdən o qədər narahat olub ki, ona qarşı kampaniya aparan şəxslərin olduğunu düşünməyə başlayıb. Üstəlik, o, bu məlumatların vahid mərkəzdən yayımlandığını zənn edərək, mənbənin tapılması üçün mükafat da ayırıb. JAM.AZ-a çatan məlumatlara görə, В«AzərenerjiВ» rəhbəri həmin məlumatları yayan mənbəni tapmaq üçün 50 min manat mükafat vəd edib.

Geri qayıt