Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda generalın villasını buldozerlə dağıtdılar
Bakıda generalın villasını buldozerlə dağıtdılar16-05-2014, 13:21 |
![]() “Mayın 15-də saat 17 radələrində mənim Novxanıdakı bağ evimə 10-dan çox polis əməkdaşı və daha 5-6 nəfər müki geyimli şəxs gələrək özləri ilə gətirdikləri buldozerlə hazırda tikilməkdə olan evimi dağıtmağa başladılar. Mənim həmin adamlardan sənədlərini göstərmək və evi nəyə görə sökdüklərinə izahat vermək tələblərimə heç kəs cavab və reaksiya belə vermədi. Onlara ünvanladığım digər suala - “sizin bu söküntünü aparmaq üçün əlinizdə hansısa məhkəmə qərarınız varmı” sualıma da cavab almadım”. DİA.AZ xəbər verir ki, bu sözləri “Turan” agentliyinə açıqlamasında hüquq elmləri doktoru, ədliyyə generalı Xanlar Ələkbərov deyib. “Mən onlara dedim ki, evin tikintisi üçün lazım olan bütün texniki-arxitektur və layihə sənədlərim var. Mən həmin sənədləri martın 31-də Binəqədi Rayon İcra Hakimiyyəti aparatına təqdim etmişəm. Mən evə girib həmin sənədləri gətirənə qədər buldozerlə evin bir hissəsini uçurdular. Bu divar həm də hasar sayılırdı. Evi sökən adamlar sənədlərə baxandan sonra çıxıb getdilər. Gedəndə isə yalnız onu dedilər ki, nəsə səhv olub” deyə general bildirib. DİA.AZ bildirirki, general bununla bağlı müraciət yayıb. Müraciətdə deyilir: " 2014-cü il mayın 15-də saat 17:12-də 10-dan çox polis işçisi, 5-6 mülki geyimli şəxs buldozerlə gələrək Novxanıda tikilən bağ evimi sökməyə başladılar. Onlardan sənədlərini təqdim etmələrini və evi hansı əsasla sökdüklərinə açıqlama vermələrini xahiş etdikdə, həmçinin bu barədə məhkəmənin qərarının olub-olmadığını sorduqda heç kim mənə cavab vermədi. Mən onlara bildirdim ki, evin memarlıq-texniki və layihə sənədləri var və martın 31-də onları Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim etmişəm. Mən evə gedib sənədləri gətirənə qədər buldozerlə evin bir hissəsini dağıtdılar. Bu, eyni zamanda həm də bağın hasarı idi. Evin tikintisi ilə bağlı sənədlərə baxandan sonra dedilər ki, səhv olub və çıxıb getdilər. Bu özbaşınalıq 10-dan çox polisin gözlərinin qarşısında baş verdi. Suallar yaranır: 1) əgər mən, ədliyyə generalı, hüquq elmləri doktoru, professor Azərbaycanda öz elementar hüquqlarımı qoruya bilmirəmsə, hakimiyyət nümayəndələrinin dəhşətli özbaşınalğının qarşısını ala bilmirəmsə; 2) əgər polislər və İcra Hakimiyyətinin nümayəndələri bu cür həyasızcasına və ədəbsizcəsinə mənim bağ evimin ərazisinə soxulursa, konstitusiyanı pozursa və mənim mülkiyyətimə ziyan vurursa, o zaman sıravi vətəndaşlar nə etməlidir, özlərini məmur özbaşınalığından necə qorumalıdır? 3) mənə dəyən maddi zərəri kim ödəyəcək? Ən əsası hakimiyyət nümayəndələri tərəfindən belə vandalizm nəticəsində mənə vurulan mənəvi zərbəyə, təhqirlərə görə kim cavab verəcək? DİN rəhbərinə Prezident Administrasiyasına müvafiq şikayət göndərilib". Geri qayıt |