Əsas Səhifə > Güney Press / Ana xəbər > Saatlının icra başçısı dövlət pulunu dədə malı kimi yeyir

Saatlının icra başçısı dövlət pulunu dədə malı kimi yeyir


15-05-2014, 11:23
Saatlının icra başçısı dövlət pulunu dədə malı kimi yeyir
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayon Mədəniyyət və Turizm İdarəsi və rayon Təhsil Şöbəsi vasitəsi ilə dövlətin külli miqdarda vəsaitinin mənimsənilməsinə imkan yaradır. Bu barədə Saatlıdan PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, icra başçısı büdcə təşkilatlarının rəhbərlərinə aylıq haqq qoymaqla yanaşı onlardan təmir və avadanlıq üçün ayrılan dövlət vəsaitlərini В«silməyiВ» tələb edir.

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Siraqəddin Cabbarov rayon Maliyyə İdarəsinin müdiri Namiq Bağırovla birlikdə büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərini В«silməkВ» üçün idarə müdirlərindən saxta sənədlərin tərtib edilməsini tələb edir. Ayrılan vəsaitlərin böyük bir hissəsi isə bilinməyən MMC-lərə köçürülərək nəqdləşdirilir.

Məlumata əsasən icra başçısı əsas əməliyyatlarını Mədəniyyət və Turizm İdarəsi və rayon Təhsil Şöbəsi vasitəsi ilə həyata keçirir. Qeyd edək ki, son illər məhz bu iki qurum rayon icra hakimiyyətlərinin başçıları üçün əsas В«pul silməВ» qurumlarına çevrilib. Daxil oloan məlumatda göstərilir ki, Saatldı rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində 16 mədəniyyət evi, 12 klub, 56 kitabxana, 1 mərkəz, 1 musiqi məktəbi, 1 rəsm qaleriyası və 1 tarixşunaslıq muzeyi var. İcra başçısı mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Şahpələngovadan istifadə edərək maliyyə idarəsinin müdirir Namiq Bağırovun əli ilə ildə bir neşə dəfə klublara, mədəniyyət evlərinə və kitabxanalara ayrılan vəsaitlərin 50%-dən çoxunu nəğd şəkildə götürür.

Məlumatda idda olunur ki, rayonun Qara Nuru, Cəfərxan, Mircəlal, Azadkənd, Qıraqlı, Əlisoltanlı kəndlərindəki mədəniyyət evləri və Çolpu, Xanlar, Varxakənd, Hacıqasımlı, Günəşli, Məzrəli kəndlərində fəaliyyət göstərən klublar formal olaraq fəaliyyət göstərir. Yəni sənədddə bu klublar fəaliyyətdə olsa da, əslində heç bir klubun fəaliyyəti yoxdur. Məlumatlı şəxs bildirir ki, adı çəkilən kəndlərdəki mədəniyyət evlərində və klublarda təxminən 50 yaxın adı olan özü olmayan ştat var və onların əmək haqqını isə şöbə müdiri alır.

Bildirilir ki, icra başçısıs Siraqəddin Cabbarov şöbə müdirindən hər ay 3 min manat “haqq” alır. Son iki ildə Saatlı Mədəniyyət və Turizm şöbəsinə ümumilikdə 600 min manatdan çox vəsait ayrılıb ki, həmin vəsaitin 350 min manata yaxını adı olub özü olmayan klubların, mədəniyyət evlərinin cari təmirinə “xərclənib”.

Mənbə idda edir ki, В«yuyulanВ» vəsaitlərin 15 faizi rayon maliyyə şöbəsinin müdiri Namiq Bağırova, 50 faizi icra başçısı Siraqəddin Cabbarova, yerdə qalanı isə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə və iqtisadiyyat şöbəsinə çatıb. Sonuncu qurum isə yerdə qalan vəsaitin bir hissəsinə cari təmiri ört basdır etmək üçün kosmetik təmirə xərcləyib.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Siraqəddin Cabbarovun ağır vəziyyətə saldığı ikinci büdcə təşkilatı isə rayon Təhsil Şöbəsidir. Şamil Nurullayevin rəhbərlik etdiyi Təhsil Şöbəsinin nəzdində 49 məktəb var və bu təhsil ocaqlarında 3 minə yaxın müəllim heyyəti çalışır.

Saatlıda təhsilin səviyyəsinin həddindən aşağı olduğunu və bir çox kəndlərdə dərslərin formal olaraq keçirildiyi məlumatda xüsusi olaraq vurğulanır. Bildirilir ki, şöbə müdiri Şamil Nurəliyev hər ay icra başçısına 5 min manatdan çox hesab verir. Şöbə müdirirnin əsas maxinasiya ortağı isə yenə də rayon Maliyyə İdarəsinin müdiri Namiq Bağırov olduğu qeyd edilir.

Məlumatlı göstərilir ki, rayon təhsil şöbəsinə ayrılan vəsaitlərin müxtəlif adlarla silinməsi bir yana, Şamil Nuəliyevin əsas qazancı şişirdilmiş dərs saatlarıdır. Belə ki, bir çox kənd məktəblərində işləyən müəllimlərin adlarına yazılan dərnəklərin, müxtəlif dərs saatlarının əmək haqqını direktorlar vasitəsi ilə təhsil öbəsinin müdiri alır.

Mənbənin iddiasına görə rayon icra başçısı Siraqəddin Cabbarov bütün büdcə təşkilat rəhbərlərini elə bir vəziyyətə salıb ki, aylıq haqq vermədən heç kim işləməyi xəyal belə edə bilməz.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt