Əsas Səhifə > Güney Press / Ana xəbər > Başçının müaviniylə qardaşı veteran futbolçuya hücum etdilər
Başçının müaviniylə qardaşı veteran futbolçuya hücum etdilər14-05-2014, 10:04 |
![]() Mayın 10-da Masallıda keçirilən Həvəskar Futbol Liqasının yarımfinal matçında insident yaşanıb. Yerli В«ViləşВ» klubu ilə Salyanın В«QaraçalaВ» komandasının oyunu zamanı Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbənin müdiri Nəsir Muxtarlı və rayon Sosial Müdafiə Mərkəzinin işçisi olan qardaşı Şaiq Muxtarlı ilə veteran futbolçu Çingiz Həşimov arasında qalmaqal baş verib. Məlumata görə, matça tamaşa edərkən sonradan stadiona gələn Nəsir və Şaiq Muxtarlı qardaşları Çingiz Haşımovun qarşısını kəsiblər. Meydançanı izləyə bilməyən veteran futbolçu bir neçə dəfə onlara xəbərdarlıq etsə də, qardaşlar etinasızlıq və saymamazlıq ediblər. Bu xahiş bir neçə dəfə təkrarlanıb, lakin Muxtarlı qardaşları Həşimovun dediklərinə əhəmiyyət verməyiblər. Sonda hirslə onlara В«qarşımdan çəkilin, stadionu görümВ» deyən veteran futbolçu gözlənilmədən hücuma məruz qalıb. Verilən məlumata görə, Nəsir və Şaiq Muxtarlı qardaşları əllərindəki su şüşəsini Çingiz Həşimova tərəf atıblar. Xoşbəxtlikdən atılan su şüşələri veteran futboçuya xəsarət yetirməyib. Hadisənin şahidi olan digər tamaşaçılar qəzəblənərək vəzifə sahibi olan qardaşlara hücum çəkiblər. Əvvəlcə onlarla mübahisə edən Nəsir Muxtarlı kim olduğunu deyib, sonra da üzərinə gələnləri təhdid edərək, В«Mən icra başçısının müaviniyəm, başınıza oyun açaramВ» söyləyib. Lakin aranın sakitləşmədiyini görərək, qardaşı ilə birlikdə aradan çıxıb. \\ xalq.az \\ Geri qayıt |