Əsas Səhifə > Güney Press / Ana xəbər > Zaqatalada dəmiryolu stansiyası uça bilər
Zaqatalada dəmiryolu stansiyası uça bilər13-05-2014, 14:32 |
![]() Azərbaycan Dəmir Yolları QSC-nin Zaqatala stansiyası bərbard gündədir. TİA.AZ-a verilən məlumata görə, dağılmış vəziyyətdə olan dəmiryolu stansiyasında günün günorta çağı adam tapmaq da çətindir. Məlumatda deyilir ki, illərdən bəri təmir olunmayan və bu səbəbdən də bərbad hala düşən stansiyadan bilet almaq üçün isə Zaqatala avtovağzalına müraciət etmək lazımdır. Yəni, əgər qatara bilet istəyirsənsə, rayon avtovağzalına gedərək, kassiri oradan tapmaq olar. Elə bilet idə həmçinin. ![]() TİA.AZ-a verilən məlumatda vurğulanır ki, stansiyanın rəisini də tapmaq çətin məsələdir. Onun harada olduğu və harada oturduğunu da bilmək mümkün deyil. Bilinən odur ki, Dəmir Yolunun Zaqatala stansiyasında xeyli sayda adamın ştat cədvəlində adı var. Lakin onları işdə tapmaq mümkün deyil. Həmin şəxslərin adına yazılmış əmək haqlarının isə stansiya rəisi tərəfindən götürüldüyü deyilir. Rayon sakinləri deyirlər ki, stansiyanın bu halda olması barədə dəfələrlə müvafiq dövlət qurumlarına məlumat veriblər. Lakin onların şikayət və müraciətlərinə baxan olmayıb. Onların dediyinə görə, yalnız qatar gəlib-gedən zaman insanlar qeyd olunan əraziyə gəlirlər ki, bu zaman da orada oturmağa belə yer tapmaq olmur. Çünki binanı içindəki gözləmə zalında nə oturacaq var, nə də otura bilinəcək yer. Geri qayıt |