Əsas Səhifə > Güney Press / Ana xəbər > "İrəli" bağlanmır, sadəcə, ofisinin yerini dəyişir

"İrəli" bağlanmır, sadəcə, ofisinin yerini dəyişir


13-05-2014, 14:30
"İrəli" bağlanmır, sadəcə, ofisinin yerini dəyişir
Bu gün səhər saatlarında “İrəli” ictimai birliyinin bağlanması barədə mətbuatda xəbərlər yayılıb. İnformasiyalarda sözügedən təşkilatın yerləşdiyi ofisin boşaldılması, onlara ayrılan maliyyənin dayandırılması öz əksini tapıb.

Amma birliyin özündən xəbəri təsdiqləməyiblər. “İrəli”dən Hafta.az-a verilən məlumata görə, təşkilat sadəcə, bundan sonra fəaliyyətini başqa ofisdə davam etdirəcək. Maliyyə yardımının kəsilməsi məsələsinə münasibət bildirən “İrəli”çilər isə maddi yardımın ayrı-ayrı sponsorlardan gəldiyini əsas gətirərək, təşkilatın bağlanma xəbərini təkzib etdilər:


“İrəli”ni “Atəşgah Sığorta”, “HP”, “Azercell” kimi şirkətlər maliyyələşdirir. Sadəcə, 1 həftə bundan əvvəldən də ofisin köçürüləcəyi haqqında söhbət gedirdi, indi də reallaşacaq”.

“İrəli” ictimai birliyinin sədri Rauf Mərdiyev isə məsələ ilə bağlı heç bir açıqlama verməyib. O, məlumatı jurnalistlər üçün nə təsdiq, nə də inkar edib

Geri qayıt