Əsas Səhifə > Güney Press / Ana xəbər > Kərəm Həsənovun adamı rüşvəti aşkar surətdə tələb edir
Kərəm Həsənovun adamı rüşvəti aşkar surətdə tələb edir13-05-2014, 13:01 |
![]() ...Saatlı rayonunun Qırağlı kənd sakini, kiçik sahibkar Qurbanov Xəqani Ərəstun oğlu tərəfindən “Təzadlar”a daxil olan bir qovluq sənədi araşdırıb öyrənəndən, təhlil edəndən sonra şikayətçini redaksiyamıza dəvət etdik. Söhbət X.Qurbanovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Saatlı rayonunun Qırağlı kənd bələdiyyəsinin müvafiq qərarı ilə və dövlətə 80,4 manat dövlət rüsumu ödədikdən sonra əldə etdiyi müvafiq dövlət sənədləri əsasında 441 kv.m. torpaq sahəsinə aid reyestr qeydiyyatı sənədi üçün ondan 500 manat pul tələb edilməsindən, bu məsələnin Saatlıda böyük qalmaqal yaratması, hətta bu rüşvət tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Saatlı rayon ərazi şöbəsinin rəisi Nadim Quliyevin bu özbaşınalığa etiraz əlaməti olaraq vicdanının səsi ilə tutduğu vəzifəsindən istefa verməsi və s. məsələlərdən gedir. Əmlak Komitəsinin Şirvan Ərazi İdarəsinin rəisi İsmayıl Rəhimovun görünməmiş özbaşınalığından Prezident İlham Əliyevə şikayət olundu... Bəli, ölkə mətbuatında bir müddətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Xidmətin Ərazi İdarələri rəhbərlərinin qanunsuz hərəkətlərindən gen-bol yazılar yer almaqdadır. Biz qətiyyən o fikirdə deyilik ki, yerlərdə, daha doğrusu, aşağı strukturlarda bütün baş verənləri insafsızcasına Komitənin sədri Kərəm Həsənovun ayağına yazmaq lazımdır. Əsla! Və həm də o qənaətdə də deyilik ki, bəzən həqiqətən də “Balıq başdan iylənir”! Amma biz bu araşdırma yazısının nəticəvi hissəsinə görə bəri başdan əminik ki, “balığın başdan” iylənmədiyini də sübut edə biləcəyik. Yəni, görəcəksiniz ki, bu araşdırma yazısından sonra Komitənin sədri Kərəm Həsənov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin rəisi İsmayıl Rəhimovun barəsində elə cəza tədbiri görəcək ki, hamı ən azı bu qalmaqallı məsələdə “balığın başdan...” iylənmədiyinin şahidi və yəqini olacaq. Çünki artıq məsələ böyük qalmaqal yaraldıb və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin rəisi İsmayıl Rəhimov məlum qanunsuz hərəkətindən ölkə Prezidenti İlham Əliyevə şikayət olunub. Şikayətin başqa bir ünvanı isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevdir... “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |