Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziyalılardan prezident İlham Əliyevə əfvlə bağlı müraciət ünvanlandı
Ziyalılardan prezident İlham Əliyevə əfvlə bağlı müraciət ünvanlandı12-05-2014, 16:22 |
![]() 125-lər siyasi klubunun təşəbbüsü ilə bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ediblər. Moderator.az xəbər verir ki, Müraciətdə deyilir: “Hörmətli cənab Prezident! Ölkəmizdə baş verən müsbət hadisələr bizi sevindirdiyi kimi, xalqımız və dövlətçiliyimiz üçün yaranan neqativ hallar da bizi məyus edir. Son illər ictimai-siyasi hadisələr fonunda həbs olunmuş bir sıra insanlar var ki, onların azadlıqdan məhrum edilməsi və ya barələrində məhkəmə işinin aparılması Azərbaycan cəmiyyətini, o cümlədən, bizləri də ciddi narahat edir. Həmçinin ölkəmizin beynəlxalq aləmdə yerinə və imicinə təsir göstərməklə daha ciddi problemlərimizin həllinə maneçilik törədir. Hörmətli cənab Prezident! Bu müraciətimizlə səmimi niyyətimizi bəyan edərək, vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, xahiş edirik ki, konstitusiyanın Sizə verdiyi səlahiyyətlərdən istifadə edib, həbsdə olan ictimai-siyasi fəalları azad edəsiniz. Ölkəmizin, xalqımızın mənafeyinə xidmət edən bu təşəbbüsə dəstək verəcəyinizə inanırıq. Hörmətlə, Elçin Şıxlı Arif Əliyev Rauf Arifoğlu İlqar İbrahimoğlu Seyran Səxavət Həmid Herisçi Fazil Mustafa İqbal Ağazadə İlyas İsmayılov Üzeyir Cəfərli İlhamiyyə Rza Etimad Əsədov Aysel Əlizadə Xalisə Şahverdi Anar Qasımlı Günel Səfərova Ramin Hacılı Tamilla Qulami Geri qayıt |