Əsas Səhifə > Güney Press / Ana xəbər > Gömrük sistemində yeyilən milyonlar rəqəmlərlə

Gömrük sistemində yeyilən milyonlar rəqəmlərlə


12-05-2014, 12:21
Gömrük sistemində yeyilən milyonlar rəqəmlərlə
DİA.AZ: - Apreldə Azərbaycan gömrükçüləri xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən dövlət büdcəsinə 133 mln 560,5 min manat köçürülməsini təmin edib. Bu, martdakına yaxındır (133,7 mln manat və ya -0,2%).

Mart və aprelin müqayisəsindən görünür ki, gömrükçülər vergi və rüsum üzrə eyni məbləği toplayıb. Martda ƏDV 89 mln manat olub, apreldə bu növ üzrə 103,5 mln manat yığılıb. Əvəzində gömrük rüsumu (22,8 mln manat) 16,6 mln manat azalıb.

Gömrükdə yüksək korrupsiya səviyyəsi imkan verir ki, dövlət büdcəsinə mədaxil üzrə istənilən məbləğ uyğunlaşdırılsın: bu il gömrükçülər ötən ilkindən 127 mln manat (+9,1%) çox toplamalıdır.

Azərbaycan gömrüyndə yalançı şirkətlərin adına idxal mallarının bəyan edilməsi praktikası var. Məqsəd ƏDV-nin mənimsənilməsidir. Sahibkar Yunus Orucov KİV-ə müsahibəsində bildirib ki, fevralın 1-dən Astara gömrük postunda heç bir əsas olmadan İran kafeli olan yük maşını saxlanılıb. ««Bütün instansiyalara müraciət etmişəm, amma nəticəsi yoxdur. Heç bir səbəb gətirmədən yalnız bunu deyirlər ki, kafel bazara bircə firmanın adından girməlidir, həmin firmaya da 10 min 500 manat pul verməlisənВ», deyə biznesmen bildirir. Sahibkar 3 aydır sürücü ilə bağladığı müqavilə əsasında gündə 50 manat cərimə ödəyir. Gömrükdəki vəziyyəti beynəlxalq maliyyə institutları da bilir, amma heç nə edə bilmirlər.

Geri qayıt