Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş deputat Səyyad Aran daha yüksək vəzifəyə gətirilir

Keçmiş deputat Səyyad Aran daha yüksək vəzifəyə gətirilir


8-05-2014, 15:23
Keçmiş deputat Səyyad Aran daha yüksək vəzifəyə gətirilir
Məhrum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələn millət vəkilləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini, tanınmış yazıçı və filoloq-alim Səyyad Aranı təbrik ediblər.

“Axar.az” xəbər verir ki, PA məmurlarının da uğurlar arzuladığı Səyyad Aran səmimi şəkildə təbriklərə cavab verib.

Təbriklərin səbəbi ilə maraqlanan “Teleqraf.com” əməkdaşına Sayyad Aran bildirib ki, bu, heç də yeni vəzifə alması və yaxud Dini Komitəyə sədr təyin ediləcəyinin yəqinləşməsi ilə bağlı deyil.

Kimin sədr təyin olunacağının Prezidentin səlahiyyətində olduğunu diqqətə çatdıran Sayyad Aran qeyd edib ki, təbriklər yeni müavin təyinatı və onun sədri əvəz etməsi ilə bağlıdır:

“Mən sadəcə, sədrin səlahiyyətlərini icra edirəm, təbriklər də məhz buna görə ünvanlanır. Komitə sədri vəzifəsinə kimin təyin olunacağı barədə isə heç bir məlumatım yoxdur, bu, Prezidentin səlahiyyətindədir”.

Xatırladaq ki, cəmiyyətdə kifayət qədər müsbət imicə malik, ictimaiyyətlə geniş əlaqələri və diplomatik təcrübəsi olan tanınmış yazıçı Sayyad Aranın işlədiyi Komitəyə sədr təsdiqlənəcəyi barədə ehtimallar səslənməkdədir. Bu ehtimalları gücləndirən dəlillər sırasında onun YAP-ın yarandığı ilk gündən sədaqətli xidmət və bacarıq müqabilində heç bir təmənna ummaması göstərilir.

Geri qayıt