Əsas Səhifə > Güney Press / Ana xəbər > Cahangir Əsgərovun kantoru artıq dövlətə xeyir vermir
Cahangir Əsgərovun kantoru artıq dövlətə xeyir vermir8-05-2014, 15:16 |
![]() 2013-cü ildə hava nəqliyyatında sərnişin daşınması aviaşirkətlərə 35 mln 165 2 min manat ziyan vurub. Bu, əvvəlki ildəkindən 5,7% çoxdur. Dövlətstatkomda Turan-a bildiriblər ki, aviaşirkətlərin gəlirləri 262,4 mln manat olub. Bu, 2012-ci ildəkindən 16,3% çoxdur. Şirkətlərin sərnişin daşınması xərcləri 15% artaraq 297,6 mln manat olub. Ötən il “Turan Air” şirkəti fəaliyyətini dayandırıb. Beləliklə, özəl sektoru bir şirkət - “Silk Way Business Aviation” MMC təmsil edir. 2013-cü ildə aviaşirkətlər 1 665,6 min sərnişin (+4,2%) daşıyıb. DSK-ya görə, 2013-cü ildə sərnişin daşımalarının 0.4%-i özəl şirkətlərin payına düşüb. В«Maliyyə hesabatını niyə açıqlamırsınız?В» sualına cavab olaraq “Azerbaijan Airlines” QSC-də Turan-a deyiblər ki, bu, kommersiya sirridir. Nizamnamənin 5.3 maddəsinə əsasən, AZAL illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə açıqlamalıdır. DSK-ya görə, 1996-2013-cü illərdə Azərbaycan aviaşirkətlərinin sərnişin daşımaları üzrə maliyyə itkiləri 418,6 mln manat olub. Bu illərdə aviasiyaya investisiyalar 1,4 mlrd manat olub. Müqayisə üçün deyək ki, “Air Astana” (Qazaxıstan) aviaşirkəti 2012-ci ildə 9,1 mlrd tenge (2012-ci ildə 1 ABŞ dolları 149 tenge olub) xalis mənfəət əldə edib. Aviaşirkətin ötən ilin əvvəli üçün bölünməmiş mənfəəti 40 mlrd tenge təşkil edib. Silk Way Business Aviation aviaşirkəti 2007-ci ildə yaradılıb. Aviaşirkətin kommersiya istismarında Gulfstream G550, Gulfstream G450, Gulfstream G200, Boeing 727, ATR-42-500 və 2 yeni Gulfstream G280 var. 2015-ci ildə şirkət Gulfstream-dən daha 2 G650 təyyarəsi alacaq. AZAL-ın aviaparkında 7 Airbus A-320, 4 Boeing-757-200, 3 Airbus A-319, 2 Airbus A-340 və 2 Boeing-767-300ER var. Geri qayıt |