Əsas Səhifə > Güney Press / Ana xəbər > “Leyla Yunus və digərləri məni dinc erməniləri qırmaqda ittiham edirdi...”

“Leyla Yunus və digərləri məni dinc erməniləri qırmaqda ittiham edirdi...”


8-05-2014, 14:54
“Leyla Yunus və digərləri məni dinc erməniləri qırmaqda ittiham edirdi...”
“Mən uzaq 1991-ci ildə Xalq Cəbhəsinin təmsilçilərinin Pribaltikada ermənilərlə görüşləri barədə yaxşı bilirdim. Bu barədə mənə təkcə kəşfiyyat yox, həm də bu görüşlərin iştirakçılarının özlərini məruzə edirdilər. Onlar hətta məndən xahiş edirdilər ki, danışıqların getdiyi bir vaxtda Qarabağdan erməni terrorçularının təmizlənməsinə yönələn “Üzük” əməliyyatını dayandırım”.

Bu sözləri eks-prezident Ayaz Mütəllibov virtualaz.org saytına açıqlamasında deyib.

A.Mütəllibov təsdiq edib ki, bu görüşlərdə təkcə Leyla Yunus yox, AXC-nin digər rəhbərləri də iştirak edirdilər.

“Onların məqsədi bizim əməliyyatlara mane olmaq, sonra da bütün bunlarda şəxsən məni ittiham etmək idi. Yəni onlar öz merkantil maraqları naminə məni pis qələmə verirdilər və birbaşa “dinc ermənilərin öldürülməsində” ittiham edirdilər”- deyə A.Mütəllibov bildirib.

Keçmiş prezident deyib ki, o, heç vaxt xalq diplomatiyasının əleyhinə olmayıb və həmişə sülhə nail olmağa çalışıb.

"Ancaq həmin dövrlər AXC təmsilçiləri həm mənə, həm dövlətimizə qarşı təxribatçı fəaliyyətlə məşğul idilər. Məhz həmin uğurlu “Üzük” əməliyyatından sonra Dağlıq Qarabağan Bakıya beş nəfər gəldi və mənimlə görüş xahiş etdi. Mən onları qəbul etdim, onlar xahiş edirdilər ki, bu əməliyyatı dayandırım, əvəzində ermənilər mənim təkliflərimi qəbul edərlər. Qayıdanda onlardan Qriqoryan adlı birini Xankəndində öldürdülər”-deyə Mütəllibov danışıb.

Bəs o vaxt bu təxribatçı fəaliyyətlə məşğul olanlar niyə həbs edilmirdi? Mütəllibov deyib ki, o, öz fəaliyyətində həmişə demokratik prinsipləri üstün tuturdu və ölkənin imicinin korlanmasını istəmirdi.

Xatırladaq ki, Leyla Yunus da daxil olmaqla AXC təmsilçilərinin Pribaltikada mətbuat konfransı keçirərək “Üzük” əməliyyatını pislədiyinə dair fakta jurnalist Eynulla Fətullayev öz araşdırmasında yer verib.

Geri qayıt