Əsas Səhifə > Güney Press / Ana xəbər > Yararsız ətlər Bakı bazarlarına necə yol tapır?
Yararsız ətlər Bakı bazarlarına necə yol tapır?8-05-2014, 08:53 |
![]() Son zamanlar əhaliyə xəstə heyvanların ətinin satılması ilə bağlı məlumatlar mətbuatın gündəmindən düşmür. Bazarlarda fəaliyyət göstərən ət dükanlarında vətəndaşlara xəstə, ya da ölü heyvan əti satılır. Problemlə bağlı məsul qurum isə Bakı Şəhər Baytarlıq İdarəsidir. Lakin bütün yazılanlara baxmayaraq, bu qurum öz işində şəffafliq yaratmır və ət bazarında ciddi nəzarəti həyata keçirə bilmir. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin Bakıda təşkil etdiyi yarmarkalarda və dönər obyektlərində xəstə heyvanların ətləri satılır. Xalqxeber.az-a Bakı Şəhər Baytarlıq İdarəsinin bu sahədə ciddi qanun pozuntularına yol verməsi ilə bağlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov şəhərin bütün qəssabxanalarını və ət bazarını öz nəzarəti altında saxlayır, rüşvət qarşılığında xəstə heyvanların ətlərinin bazarlara çıxarılmasına göz yumur. Məlumata əsasən bazarlardakı ət dükanlarına gündəlik satdıqları ətin sağlam olub-olmaması ilə bağlı verilən arayışlar əslində kağız parçasıdır. Çünki qəssabların əksəriyyətinə sağlamlıq kağızı bir başa 10 gün müddətinə verilir. Amma qəssablar hər gün heyvan alırlar və bu zaman Bakı Şəhər Baytarlıq İdarəsinin verdiyi sağlamlıq arayışının heç bir əhəmiyyəti olmur. Qanuna görə Bakı Şəhər Baytarlıq İdarəsi hər gün satılacaq heyvanın ətindən nümunə götürərək ətin sağlam olub-olmaması ilə bağlı rəy bildirməlidir. Bunun üçünsə Bakıda mərkəzləşdirilmiş sallaqxanalar fəaliyyət göstərməli və qəssablar kəsim işini orda həyata keçirib baytarlıq idarəsindən sağlamlıq arayışı almalıdırlar. Məlumdur ki, bu gün Bakıda bütün qəssablar bir qayda olaraq öz dükanlarının qabağında kəsim işləri aparılar. Bu isə sanitar qaydaları tamamilə pozur. Məlumdur ki, Bakı Şəhər Baytarlıq İdarəsi işçilərinin fiziki olaraq bu şəkildə nəzarəti həyata keçirmələri imkansızdır. Ən acınacaqlı vəziyyət isə yarmarkalarda baş verir. Yarmarkalarda satılan ətlərin görkəmi uzaqdan bildirir ki, bu ətlər xəstə və ya ölü heyvanların ətidir. Mənbə bildirir ki, Bakı Şəhər Baytarlıq İdarəsi yüksək səviyyəli laboratoriya olsa da, bu avadanlıqlar sadəcə görüntü üçündür. Bakı şəhərinə daxil olan heç bir heyvan əti bu laboratoriya yoxlanılmır. Məlumatlarda bildirilir ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov bazarlarda fəaliyyət göstərən baytarlıq işçilərinin əli ilə ət dükanlarından sadəcə aylıq yığır. Bakı Şəhər Baytarlıq İdarəsinin işçiləri bundan başqa heç bir iş görmürlər. Aslan Aslanov öz qurumunu ancaq rüşvət yığmaq obyektinə çevirməklə ölkənin qida təhlükəsizliynə ciddi təhlükə yaradır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |