Əsas Səhifə > Güney Press / Ana xəbər > Fərahim İlqaroğlunu döyən şəxslər barədə sensasional məlumatlar

Fərahim İlqaroğlunu döyən şəxslər barədə sensasional məlumatlar


7-05-2014, 12:39
Fərahim İlqaroğlunu döyən şəxslər barədə sensasional məlumatlar
"Yeni Müsavat"a F. İlqaroğlunun döyülməsinə dair bir sıra təfsilatlar məlum olub. Belə aydın olur ki, jurnalisti bilavasitə döyən Firuz Termişi bu sifarişi Azərbaycanın tanınan bir idmançısından alıb. Həmin idmançının kimliyi hazırda istintaqa məlumdur və onun saxlanması istiqamətində proses gedir. Məsələnin maraqlı tərəfi budur ki, adını həllik çəkmədiyimiz idmançının ölkənin tanınan məmurları, deputatları ilə birgə fotoları var. Üstəlik, hazırda həmin tanınan qaydasız döyüş (K-1) idmançısı ölkənin nüfuzlu nazirlərinin birinin xidmətindədir. Həmin nazirin yaxınları və çevrəsindəki adamlarla bağlı son günlər mətbuatda skandal yazılar gedib. İddialara görə, "K-1" döyüşçüsü nazirin gənc qohumları ilə oturub-durur və onların bu cür "sifarişlərini" icra edir.

Musavat.com isə belə bir məlumat əldə edib ki, sifarişi icra edən Firuz Termisi bu iş üçün "rəis" dediyi həmin tanınan, nazirə yaxın olan döyüş ustasından jurnalisti döydüyünə görə pul alıb. Digər bir məlumatda isə iddia olunur ki, F. Termsi vəhhabidir. Bir nməlumat da dəqiqləşdirilib ki, F. Termisi bundan əvvəl Zülfüqarlı qardaşlarının yanında işləyib.

"Yeni Müsavat" irəliləyən saatlarda həmin idmançının adını, onunla şəkilləri olan məşhurların fotolarını və başqa özəl məlumatları yayacaq.

***

Fərahim İlqaroğlunu döyən şəxslər barədə sensasional məlumatlar

Bakı Şəhər Baş Polis İdarəsi jurnalist Fərahim İlqaroğlunun döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, ötən gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Termişi metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub.

Hazırda polis F.İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirir.


***

10.20


Ötən ayın 25-də "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu yaşadığı binanın girəcəyində döyənlərdən ikisi yaxalanıb. Bu barədə musavat.com-a polis orqanlarından xəbər verilib. Onlardan biri - Feyruz Termişi adlı şəxs idmanşıdır, digəri isə ona dəstək verənlərdən biridir.

Əldə etdiyimiz məlumata görə, polis orqanları hələlik yaxalanan şəxslər barədə məlumat yaymayıb, ancaq gün ərzində rəsmi açıqlama ilə çıxış edə edə bilər.

Qeyri-rəsmi olaraq əldə etdiyimiz xəbərə görə, F.İlqaroğlunu cüdo fəndləri ilə yerə yıxaraq döyən şəxs bu cinayəti ilə bağlı ziddiyyətli ifadələr verib. Lakin istintaq nəticəsində məlum olub ki, o, aldığı sifariş əsasında jurnalisti döyüb. İstintaqa isə deyib ki, özü də bilmir ki, F. İlqaroğlunu nəyə görə döyüb. Musavat.com-a Feyruza jurnalisti döyməyi sifariş verənin kimliyi məlumdur, hazırda onun yaxalanaması üçün əməliyyat aparılır. Bu səbədən də təfsilatlı məlumat yaya bilmirik.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Cahangirov APA-ya bildiirb ki, ötən gün axşam saatlarında Nizami Rayon Polis İdarəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fərahim İlqaroğlunu döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 1990-cı il təvəllüdlü Feyruz Pişşari “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında tutulub.

Hazırda polis F.İlqaroğlunun döyülməsində iştirak edən digər şəxslərin tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirir.

Onu da qeyd edək ki, əməkdaşımız həmin hücum zamanı ciddi xəsarət almışdı və bu məsələ daxili işlər nazirinin nəzarətində idi.

Cinayət hadisəsi jurnalistin avtomobilinin video-qeydedicisinə düşməsi səbəbindən, ortada aydın görünən video-çəkiliş var.




Geri qayıt