Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazim İbrahimov "24 aprel sınağı"ndan uğurla çıxa bilməyib

Nazim İbrahimov "24 aprel sınağı"ndan uğurla çıxa bilməyib


6-05-2014, 14:44
Nazim İbrahimov "24 aprel sınağı"ndan uğurla çıxa bilməyib
Ermənilərin bir neçə gün bundan əvvəl dünyanın ayrı-ayrı ölkələrində qondarma soyqırımlarını təntənəli şəkildə qeyd etməsi Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovu çıxılmaz vəziyyətə salıb. Təcavüzkar ermənilərin xaricdəki diaspor təşkilatlarının ən yaxşı formada təmin olunmaları onların aktivliyini daha da çoxaldıb. Bəzi dairələr ermənilərin qondarma В«faciəВ»lərinin ildönümünün gözlənilən səviyyədə qeyd olunmasından narazı qalıblar.

Belə bir şəraitdə isə diasporumuzun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən, əsas işi bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmaqdan və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməkdən ibarət olan komitənin fəaliyyətində bir sıra boşluqlar üzə çıxıb. Məhz bu səbəbdən də Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun çıxılmaz vəziyyətə düşdüyü bildirilir. Əldə etdiyimiz xəbərlərdə qeyd olunur ki, Nazim İbrahimovun fəaliyyəti yuxarı dairələrdə narazılıqla qarşılanıb. Hələ 12 il bundan əvvəl yaradılan, təsis edilməsinin əsas məqsədi bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmaqdan və diasporumuzun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verməkdən ibarət olan komitənin rəhbərinin xaricdə yaşayan azərbaycanlılarla yetərincə işləyə bilməməsi, diasporamızın daha da səfərbər edilməsi istiqamətindəki zəif fəaliyyəti növbəti dəfə tənqid subyektinə çevrilib. Aparılan araşdırlamalar zamanı məlum olub ki, komitə xaricdə fəaliyyət göstərən bəzi fəal soydaşlarımızla yetərincə əlaqə qura bilməyib. Hətta onların arasında iş adamları, biznesmenlər də var. Yeri gəlmişkən qeyd edək ki, bəzi diaspor təşkilatlarının səfirliklərlə əməkdaşlıq etməmələrində də komitənin və onun rəhbər şəxslərinin müəyyən mənada suçu var. Ölkəmizin xarici dövlətlərdəki diaspor təşkilatlarının fəaliyyətinin qənaətbəxş olmaması, bu məsələdə komitənin fəaliyyətinin məqbul hesab olunmaması Nazim İbrahimovun fəaliyyətinin kölgə altına düşməsindən xəbər verir. Qəzetimizi məlumatlandıran şəxsin sözlərinə görə, bütün bunlar komitə sədrinin fəaliyyətinə yuxarı dairələrdə narazılığı artırıb: В«Respublikamızla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəni irsinin, misilsiz tarixi nailiyyətlərinin təbliğinin genişləndirilməsi istiqamətində bu qurumun işinin çox zəif olması, onun bəzi rəsmilərinin Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönələn irimiqyaslı layihələr reallaşdırmamaları Nazim İbrahimovun karyerasını sual altına qoyub. Nəzərinizə çatdırım ki, hər il dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə külli miqdarda vəsait ayrılır. Amma bütün bunlara baxmayaraq, ölkəmizdən xaricdəki bəzi diaspor təşkilatlarının fəaliyyəti çox passivdirВ». Mənbəmizin sözlərinə görə, son günlər Nazim İbrahimovun yuxarı dairələrin tənqidlərilə üzləşməsi təbii qarşılanır. Üstəlik, komitə rəhbərinin adı iş fəaliyyətindən daha çox biznes məsələlərində vurğulandırılır: В«Nazim müəllimin digər qardaşları, o cümlədən Natiq İbrahimovla əl-ələ verərək tikinti sektoruna sanballı yatırımlar etməsi barədə söz-söhbətlər bəlkə də diasporun fəaliyyətinin zəifləməsinin əsas səbəblərindən biridir. Gəzən söz-söhbətlərdə bildirilir ki, Nazim İbrahimov və qardaşları hazırda ölkənin tikinti sektorunda geniş şəbəkə yaradıblar. Komitə sədrinin yaxınları ilə birlikdə Bakıda hündürmərtəbəli binalar, komplekslərin tikintisini reallaşdırdığı deyilir. Onlar son vaxtlara qədər paytaxtın ayrı-ayrı yerlərində xeyli sayda göydələn tikiblər. Onun bu sahədə işlərini milyarder qardaşı Hacı İbrahim Nehrəmli həyata keçirir. Respublikamızın ən iri biznes qurumlarından sayılan В«AvestaВ» konsernin də Nazim İbrahimovun təsiri altında olduğu bildirilir. İbrahimov qardaşları В«Günel LTDВ» MMC, В«Həsən -96В» MTK, В«Həsən-96В» MMC, В«İlkanВ»MMC, В«Azər-RossВ» MMC, В»Hüseyn -94В» müəssisələrini В«AvestaВ»da birləşdiriblərВ». Onun sözlərinə görə, komitə sədri yaxınları ilə birlikdə böyük torpaq sahələrini alaraq, istirahət mərkəzləri və villalar inşa etdirirlər.

Respublikamızın sərhədlərinin xaricində də biznes obyektlərinə sahib olan Nazim İbrahimovun başının bu işlərə qarışması onun diaspora marağının azalmasına səbəb olub. Komitə rəhbərinin qonşu Türkiyədə bir neçə malikanəsinin, yaxtası və paltar mağazasının fəaliyyəti də onun biznes şəbəkəsinin miqyasından xəbər verir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, 28 May Respublika günü ilə bağlı tədbirlər başa çatdıqdan sonra komitə sədrinin vəzifədən uzaqlaşdırılması məsələsi rəsmiləşə bilər. Sadaladığımız faktorlar, habelə digər məqamlar Nazim İbrahimovun karyerasının sual altında olduğunu göstərir. Hadisələrin hansı nəticəylə sonuclanacağını isə zaman göstərəcək.
\\ gundelik-baku.com \\
Geri qayıt