Əsas Səhifə > Güney Press / Ana xəbər > 5 icra başçısı "nişangah"da!

5 icra başçısı "nişangah"da!


6-05-2014, 13:55
5 icra başçısı "nişangah"da!
Dövlət Büdcəsinin investisiya xərclərinin auditi zamanı 5 rayonda aşkarlanan ciddi korrupsiya halları hakim dairələri hərəkətə gətirib.

Bu barədə redaksiyamıza daxil olan məlumata görə, Hesablama Palatasının yoxlaması nəticəsində 5 rayonun icra hakimiyyətlərinin başçıları haqqında toplanmış materiallar Milli Məclisin rəhbərliyi tərəfindən Prezident Administrasiyasına göndərilib. Bu isə korrupsiyaya yol vermiş və adı hesabata daxil edilmiş icra başçılarının karyeralarını sual altına qoyub.

Hesablama Palatasının Administrasiyaya təqdim etdiyi hesabatda adı daha qabarıq hallanan həmin 5 icra başçısından 3-nün vəzifədən alınması məsələsi çox ciddi şəkildə müzakirə edilir. Digər ikisinin də vəziyyəti ürəkaçan deyil: В«Onların arasında adı son aylar müxtəlif məsələlərdə hallanan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin adı ilk sıradadır. Yoxlama zamanı icra başçısının üç məktəb tikintisində də korrupsiya hallarına yol verdiyi aşkarlanması isə hakim dairələri daha qəzəbləndirib.

Hesablama Palatası icra başçısının tender fırıldaqları ilə bərabər, dövlətə böyük maddi zərər də vurulduğunu təsdiqləyib. Eyni hal Gədəbəy də də yaşanıb. Burada tender fırıldaqları diqqət çəkib.

Eyni zamanda, yarım milyona yaxın büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkarlanıb. Adıçəkilən icra başçılarından savayı, Xızı Rayon İcra Hakimiyyətinın başçısı Xəzər Aslanovun özbaşınalığı isə pik həddə olub. O, 16 min nəfər əhalisi olan rayonda məktəb və uşaq bağcalarının tikintisi zamanı büdcənin 840 min manatını yayındırıb. İlk üçlüyü tamamlayan bu başçılarla bərabər, Lerik və Qazax rayon İcra Hakimiyyəti başçılarının da başının üzərini В«qara buludВ»ların aldığını əminliklə söyləmək olar. Xüsusən В«Dövlət Dəmir YollarıВ» QSC-nin rəhbəri Arif Əsgərovun Qazax rayonuna rəhbərlik edən qardaşı Ayaz Əsgərovun daha ağır şəkildə В«vurulacağıВ» gözlənilirВ».

Müsahibimiz deyir ki, adıçəkilən icra başçılarının Prezdentin Ehtiyat Fondundan ayrılan vəsaitləri mənimsəmələri isə daha kəskin narazılıq yaradıb: В«Hakim dairələrdə xüsusən bu məsələ həmin icra başçıları haqda daha kəskin rəy yaradıb. Belə qənaət formalaşıb ki, İlham Əliyevin xüsusi sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərə belə münasibət göstərən icra başçıları vəzifələrində saxlanıla bilməzВ».(mia)

Geri qayıt