Əsas Səhifə > Güney Press / Ana xəbər > Naftalanın icra başçısının tender В«oyunlarındaВ» В«İlqar-MRВ» MMC izi
Naftalanın icra başçısının tender В«oyunlarındaВ» В«İlqar-MRВ» MMC izi6-05-2014, 12:01 |
![]() Son iki ildə davamlı olaraq Naftalan rayon İcra Hakimiyyətinin elan etdiyi iri tenderləri bir qayda olaraq В«İlqar-MRВ» MMC şirkəti udur. Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, bunun səbəbi çox sadədir. В«İlqar-MRВ» MMC şirkəti ilə anlaşmağı bacaran Naftalanın icra başçısı Natiq Aslanov rayona ayrılan vəsaitlərin 30 faizini bu şirkət vasitəsi ilə nəqdləşdirir və hər iki tərəf təbii ki, bu əməliyytdan razı qalır. Yəni heç bir əziyyət çəkmədən və sərmayə sərf etmədən böyük pullar qazanılır. Mənimsənilən pulların yeri isə çox asanlıqla qiymətlərin şişirdilməsi vasitəsi ilə doldurulur. Həmçinin ayrı-ayrı adamların üzərinə müəyyən işlərin görülməsi qoyulur ki, bu da sonucda dövlətə dəymiş ziyanın qapadılması ilə nəticələnir. İcra başçısı və heç kimin tanımadığı bir şirkət isə bu yolla dövlətə vergi filan ödəmədən yüz min manatlarla vəsait qazanırlar. PAİ.AZ daxil olan məlumata görə icra başçısı Natiq Aslanovun В«səyi nəticəsindəВ» şəhərdəki binaların fasadlarının yenidən qurulması və küçələrin əsaslı təmir edilməsi üçün keçirilən tenderin qalibi yenə В«İlqar-MRВ» MMC olub. Adı çəkilən şirkətə Naftalan şəhərindəki binaların fasadlarının yenidən qurulması üçün 1,9 (1999847) milyon, şəhər küçələrinin əsaslı təmiri üçün isə 495 (494857) min manat vəsait köçürülüb. Bildirilir ki, həmin vəsaitin 30 faizi adətə uyğun olaraq artıq mənimsənilib. Artıq binaların fasadlarının və damlarının dəyişdirilməsinə başladıldığını bildirən mənbə qeyd edir ki, sənədlərdə qiymətlər bir neçə dəfə şişirdilib. Bundan başqa vətəndaşlardan və biznes strukturlarından da zorla pul toplanır. Məlumatlı mənbəmiz idda edir ki, Natiq Aslanov Naftalan şəhərində görüləcək işlərə ayrılan vəsaitin 30 faizinə nəğd şəkildə şərikdir. Artıq şəhərdə binaların yenidən fasadlanması işinə başlanılıb. Qeyd edək ki, Naftalan şəhərində həyata keçirilən su və kanalzasiya lahiyyəsində icra başçısı Natiq Aslanovun həyata keçirdiyi maliyyə maxinasiyası ilə bağlı redaksiyamıza göndərilən ilginc məlumatı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |