Əsas Səhifə > Güney Press > Zaurla Günayın ATV-dən getməsi barədə

Zaurla Günayın ATV-dən getməsi barədə


15-05-2025, 17:05
Zaurla Günayın ATV-dən getməsi barədə
Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair məlumatlar yayılıb. Səbəb kimi isə Zaur-Günay cütlüyünün xaricə köçəcəkləri iddia olunur.

Qeyd edək ki, mediada artıq ikinci dəfədir ki, bənzər səpkidə məlumat yayılır.

"DİA-AZ" xəbər verir ki, ATV rəsmisi Ozal İbrahimli Bizim.Media-ya açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur:

“Boş söhbətdir. Köhnə xəbərdir, yenidən hamı verir. Bununla bağlı 1 il öncə açıqlama verilib.

Köhnə xəbərə yeni açıqlama vermək qeyri peşəkarlıq olar”, - deyə Ozal İbrahimli qeyd edib.

Geri qayıt