Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlətkomitəsi Ruhani İdarənin nəzarəti altına keçir?

Dövlətkomitəsi Ruhani İdarənin nəzarəti altına keçir?


5-05-2014, 13:55
Dövlətkomitəsi Ruhani İdarənin nəzarəti altına keçir?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov vəzifəsindən alındıqdan sonra onun boş qalmış yerinə yeni təyinat olmayıb. JAM.AZ xəbər verir ki, bu həftə içində komitəyə yeni rəhbərin təyinatı gözlənilir. Onun kimliyi isə olduqca maraqlıdır.

JAM.AZ-a hakimiyyətdəki mənbələrdən daxil olan məlumatlara görə, bu həftə içində veriləcək sərəncama əsasən DQİDK-ə təyin olunacaq yeni sədr vaxtıyla komitədə sədr müavini postunda çalışmış Elçin Əsgərov olacaq. Mənbənin iddiasına görə, Elçin Əsgərovun bu posta təqdimatını Qafqazın şeyxi Allahşükür Paşazadə verib.

Məlumatlara görə, Əsgərov Şeyxin yaxın adamlarından biridir və onun komitədən çıxarılması da məhz Komitə rəhbərliyi ilə Paşazadə arasında gedən konfliktlə bağlı olub. Əlverişli vəziyyət yaranması səbəbindən Allahşükür Paşazadə öz adamını DQİDK-ə sədr gətirməyə qərar verib.

Geri qayıt