Əsas Səhifə > Güney Press / Ana xəbər > Lerikin icra başçısının müavini yeyintidə ittiham olunur
Lerikin icra başçısının müavini yeyintidə ittiham olunur5-05-2014, 10:29 |
![]() Lerik İcra Hakimiyyətinin birinci müavini Cəlil Baxşəliyev Kənd Təsərrüfatı Nazirliynin nəzdində fəaliyyət göstərən “Pirəsora” qoyunçuluq-damazlıq təsərrüfatını öz şəxsi təsərrüfatına çevirib. Bu barədə PİA.AZ-a Lerikdən daxil olan məlumatda bildirilir ki, bir zamanlar Lerikdə qoyunçuluq sovxozu kimi tanınan “Pirəsora” təsərrüfatı tamamilə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun birinci müavini Cəlil Baxşəliyevin tam nəzarətinə keçib. PIA.AZ verilən məlumata görə icra başçısının müavini Cəlil Baxşalıiyev rayonda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Pirəsora” qoyunçuluq-damazlıq sovxozunda olaraq 500-dən çox xırdabaşlı heyvan saxlayır. Həmin heyvanların bütün xərci isə dövlət hesabınadır. Yəni icra başçısının müavini səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaiti hesabına özünə biznes qurub və bu yolla hər il heç bir xərc çəkmədən külli miqdarda təmiz qazanc əldə edir. Daxil olan məlumatda göstərilir ki, icra başçısı müavinin ən yaxın qohumu “Pirəsora” qoyunçuluq-damazlıq təsərrüfatında qoyun quzulara nəzarət edir. Hətta Cəlil müəllim özü də ayda bir dəfə heyvnalarına baş çəkdiyi qeyd olunur. Bildirilir ki, Cəlil Baxşalıiyev ildə 2 dəfə Bakı bazarına ümumilikdə 400-ə yaxın əmlik quzu göndərir. Bazarda satdırdığı əmlik quzular icra başçısının müavinə təmiz qazanc gətirir. Çünki buna görə heç bir xərc çəkmir. Həmçinin daxil olan məlumatda bildirilir ki, Cəlil Baxşalıyev rayonun Piran kəndində özünə şəxsi mal-qara ferması tikdirib və burda 200-dən çox ətlik dana saxlanılır. Danalar 6 ay saxlandıqdan sonra paytaxtdan çağırılan qəssablara satılır. Qeyd edək ki, Lerik İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşəliyev rayonun ən varlı adamlarından biri kimi tanınır. Başçı müavinin Lerikdə və ətraf rayonlarda biznesi olduğu heç kimdən sirr deyil. Bütün bu biznesini isə Cəlil Baxşəliyevin məhz dövlətdən mənimsədiyi vəsaitlər hesabına qurduğu qeyd olunur. Daxil olan məlumata əsasən həddindən artıq varlanan Cəlil Baxşəliyev artıq rayonun icra başçısı olmağı qarşısına məqsəd qoyub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |