Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistan ordusunun baş leytenantı Naxçıvanla sərhəddə itdi

Ermənistan ordusunun baş leytenantı Naxçıvanla sərhəddə itdi


2-05-2014, 12:42
Ermənistan ordusunun baş leytenantı Naxçıvanla sərhəddə itdi
Ermənistan ordusunun hərbi hissələrindən birinin zabiti yoxa çıxıb.

Virtualaz.org saytıxəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, Ermənistanın Vayotsdzor vilayətində yerləşən hərbi hissənin baş leytenantı bir az əvvəl itib.

Hazırda onun intensiv axtarışı gedir. Söhbət Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazidən gedir. Bildirilir ki, zabitin itməsi ilə bağlı iki versiya var: erməni baş leytenant ya azıb və Azərbaycan tərəfə keçib, ya da göldə boğulub.

Geri qayıt