Əsas Səhifə > Güney Press / Ana xəbər > Şahin Sultanovun həbsində qaranlıq məqamlar var
Şahin Sultanovun həbsində qaranlıq məqamlar var2-05-2014, 11:38 |
![]() Həbs edilən Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov mətbuatda yazılan xəbərlərə görə, 24 min manat pul mənimsəyib. Vitse-admirala qarşı başqa ittihamlar da var. İttihamlara aydınlıq gətirmək məqsədilə bu gün Beynəlxalq Mətbuat Mərkəzində Şahin Sultanovun vəkili ilə xanımı mətbuat konfransı keçirəcəklər. Hafta.az-a məsələ ilə bağlı açıqlama verən hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov mətbuatda yayılan məlumatları təkzib edib: “Bəri başdan deyim ki, admiralın guya 24 min manata görə həbs edilməsi məsələsi həqiqətəuyğun deyil. Çünki belə olsaydı, ona dövlətə dəyən ziyanı ödətdirməklə, başqa maddələrlə iş aça və Ş.Sultanovu həbsə almaya bilərdilər. Buna görə də heç bir əsası olmayan iddianı ortaya atmaqla, bəzi dostlar vəziyyətdən bixəbər olduqlarını bir daha nümayiş etdirirlər”. Üzeyir Cəfərov hesab edir ki, vəziyyət daha ciddidir: “Ortalıqda çox ciddi faktlar və sübutlar olmasaydı, ölkənin tanınmış bir hərbçisinin cəmiyyətdən 3 aylıq təcrid edilməsinə ölkə rəhbərliyi icazə verməzdi. Bundan əlavə, hesab edirəm ki, tələsmək lazım deyil. Onsuz da yaxın vaxtlarda bu işlə bağlı əlavə məlumatlar da ictimaiyyətə çatdırılacaq. Ondan sonra isə bu barədə danışmaq olar. Ataların bir gözəl misalı var ki, "od olmasa, tüstü çıxmaz". HDQ-nin sabiq komandanı Şahin Sultanovun məsələsində də mənə elə gəlir ki, bizim hələ bilmədiyimiz çoxlu qaranlıq məqamlar var. Bu məqamlara da yaxın günlərdə aydınlıq gətiriləcək”. Geri qayıt |