Əsas Səhifə > Güney Press > “Qaraca qız”-ın Xədicəsinin ölüm xəbəri yayıldı

“Qaraca qız”-ın Xədicəsinin ölüm xəbəri yayıldı


14-04-2025, 12:32
“Qaraca qız”-ın Xədicəsinin ölüm xəbəri yayıldı
“Sosial şəbəkədə, tiktokda mənim öldüyümü yazıb, fotolarımı paylaşıblar. Gecə-gecə, ağlaya-ağlaya mənə zəng ediblər. Bir bilsəniz ki, mən necə ruhi, psixoloji sarsıntı keçirmişəm. Çox pis olmuşam. Götürüb həmin səhifəyə mesaj yazmışam ki, sizə bu ixtiyarı kim verib ki, mənim rəhmətə getdiyimi yazıb paylaşasız? Mənə yazdı ki, bu xəbəri bizə qohumunuz deyib. Həmin səhifə məni bloka atdı. İnsanlar da yazıb ki, Leyli xanım ölməyib. Götürüb onları silir. Heç nəyi də silməyib! Mən şokdayam! Bütün dünya ölkələrində qohumlarım, rəfiqələrim, dostlarım zəng edib ağlayır! Deyirlər ki, nə yaxşı ki, sağ-salamatsan! İnsan da belə vicdansız olar?”

Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib.

“Qaraca qız”-ın Xədicəsinin ölüm xəbəri yayıldı

O daha sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:

“Polisə müraciət etmişəm. Bu gün də yenidən gedəcəm. Sizin vasitənizlə bir daha xahiş edirəm ki, o insanı tapıb, cəzalandırsınlar. Mənim, ailəmin, yaxınlarımın mənəviyyatına böyük zərbə vurub. Mənim kimə nə pisliyim dəyib? Mənim kimlə nə işim var? Mən düşmənimə də pis gün arzulamıram! Bu insan məni “öldürür”. Bu insan pul müqabilində bunları edib. Dəqiq bilirəm ki, pul müqabilində edir. O qədər gözügötürməyənlər var ki.. Mən bu işi belə qoyan deyiləm” deyə Leyli xanım bildirib.

Geri qayıt