Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya vətəndaşlığını qəbul edənlərə qadağa təbiq olunsun

Rusiya vətəndaşlığını qəbul edənlərə qadağa təbiq olunsun


30-04-2014, 16:21
Rusiya vətəndaşlığını qəbul edənlərə qadağa təbiq olunsun
Azərbaycanın şimal bölgəsi sakinlərinin kütləvi surətdə Rusiya vətəndaşlığına qəbul üçün müraciət etdiyi haqda məlumatlar yayılıb.

Hafta.az-ın verdiyi xəbərə görə, politoloq Fərhad Mehdiyev bildirib ki, bunun qarşısını almaq üçün dövlət xüsusi tədbirlər görməlidir:

“Parlament çox təcili olaraq, ikinci vətəndaşlığı qəbul edənlərin hüquqi statusunu əlavə vergilərlə və hüquqlardan məhrumetmə ilə ağırlaşdırmalıdır.
Bunları təklif edirəm: dövlət qulluğuna girmədə qadağa, pulsuz orta və ali təhsilə qadağa, gəlir vergisinin 2 dəfə daha çox olması, SMF ödənişlərinin artırılması.

Başqa maliyyə sanksiyaları da tətbiq edilə bilər.
Məsələn, kənd təsərrüfatı ilə məşğul olanlara verilən maliyyə yardımı kəsilsə, yaxşı olardı. Daha əvvəl vətəndaşlıq alanlara isə bu tətbiq olunmaz”.

Geri qayıt