Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanda dövlət məmuru seriala çəkilib
Azərbaycanda dövlət məmuru seriala çəkilib29-04-2014, 15:04 |
![]() "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov teleseriala çəkilib. Axşam.az-ın xəbərinə görə, bu barədə AzVision.az-a mətbuat katibi özü məlumat verib. N.Əzməmmədov bildirib ki, hazırda ATV telekanalında yayımlanan “Sonuncu fəsil” serialında, Mamed obrazında çəkilir: “Filmin rejissoru Rövşən İsaqdır, artıq 30 seriya yayımlanıb, mən isə 6 seriyada iştirak etmişəm”. Qeyd edək ki, mətbuat katibi “Nəsimi”, “ Qara Volqa”, “Asif, Vasif, Ağasif”,”Od içində”, “Yaramaz” və s. kimi filmlərdə rol alıb. Geri qayıt |