Əsas Səhifə > Güney Press / Ana xəbər > Yeni rəhbərlik Bakı metrosunun işini tənzimləyə bilmir?

Yeni rəhbərlik Bakı metrosunun işini tənzimləyə bilmir?


25-04-2014, 10:02
Yeni rəhbərlik Bakı metrosunun işini tənzimləyə bilmir?
Bu gün Bakı Metropolitenində qatarların gedişində problem yaranıb. SİA-nın xəbərinə görə, “Dərnəgül”, “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarların gedişində 7 dəqiqədən çox fasilə yaranıb. Qatarların gedişində yaranan fasilə sərnişinlər arasında narazılığa səbəb olub. Ən çox narazıçılıq isə qatarların daxilində olan insan sıxlığı ilə əlaqədar olub. Belə ki, hər kəs getdiyi yerə tələsdiyindən qatara minməyə cəhd edib. Bu da qatar daxilində hava çatışmazlığına gətirib çıxarıb. Hava çatışmazlığı bəzi sərnişinlərin səhhətində problem yaradıb.

Yeni rəhbərlik Bakı metrosunun işini tənzimləyə bilmir?

Məsələyə aydınlıq gətirmək üçün metropoliten işçisindən qatarın gecikmə səbəbini soruşsaq da, danışmaqdan boyun qaçırıb.

Baş verənlərlə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdimiz alınmadı.

Qeyd edək ki, bir müddət bundan əvvəl Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin dəyişməsi ilə bağlı məlumatlar yayılmışdı.

Geri qayıt