Əsas Səhifə > Güney Press / Ana xəbər > Sürücülər Ziya Məmmədovun işçilərini daşqalaq elədilər
Sürücülər Ziya Məmmədovun işçilərini daşqalaq elədilər23-04-2014, 15:37 |
|
FaktXəbər-in verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında bu dəqiqələrdə baş verən münaqişə faciə ilə nəticələnib. Belə ki, nazirliyin işçiləri sürücüdən sənədlərini tələb edərkən, o, qaçmaq istəyib. Sakinlərin bildirdiyinə görə, müfəttişlərin sürücünü qovmasına və onun körpüdən yıxılmasına səbəb olması digər sürücüləri hiddətləndirib. Onlar da müfəttişləri və onların maşınını daş-qalaq ediblər. Hazırda sürücünün vəziyyətinin pis olduğu bildirilir. Maşın yararsız hala düşdüyü üçün evakuatorla aparıblar Hadisəni Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov təsdiqləyib. Geri qayıt |