Əsas Səhifə > Güney Press / Ana xəbər > İran casuslarının səhifəsində Elçibəy yenə təhqir edildi

İran casuslarının səhifəsində Elçibəy yenə təhqir edildi


23-04-2014, 14:27
İran casuslarının səhifəsində Elçibəy yenə təhqir edildi
Bir neçə gün öncə Avropa.info Azərbaycandakı İranın dəstəkçisi olan azərbaycanlıların Facebok-da qurduqları "Azərbaycan İslam Cümhuriyyəti" adlı səhifədə Azərbaycan türklərini, Türkiyə dövlətini, ölkənin tanınmış şəxslərini təhqir etdikləri haqda araşdırma yazısı təqdim etmişdik . Yazıda şəkillərlə birlikdə bir çox faktlar göstərilmiş və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadədən məsələyə reaksiya verməsi istənilmişdi . Lakin nəinki, Allahşükür Paşazadə, nə təhqir subyekti olan müxalifət, nə də hakimiyyət mənsubları məsələyə reaksiya vermədilər. Hətta adı çəkilən üzdəniraq səhifədə ən çox təhqir olunan Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin siyasi davamçıları olan partiyaların üzvləri sosial şəbəkədə bunu Ermənistanın təxribatı adlandırdılar.


İranın casus şəbəkəsi isə Azərbaycanın bayrağının tərsinə göstərildiyi üszəniraq səhifə , fəaliyyətini davam etdirir . Avropa.info-nun təqdim etdiyi araşdırma yazısından cəmi 4 gün sonra, səhifədə Əbülfəz Elçibəyi təhqir edən daha bir yazı dərc olunub. Buyurun, həmin yazını nöqtəsinə, vergülünə dəymədən dərc edirik. Bəlkə özünü Rəsulzadə- Elçibəy yolunun davamçıları adlandıranlar bir düşünələr.

Satılmışlar!

"Artıq Azərbaycan mediasında Sionistlərin iftiralarına son verməyin zamanı yetişib. Azərbaycan mediasında mayası murdar olanlar, Qardaş İran əleyhinə alçaqca kampaniya aparır. Olmazın düşüklüklər edirlər. Niyə? Təbii ki, səbəbi İranın İslam Cümhuriyyəti olmasıdır. Əlbəttə atalarına Şaman deyənlər Sionistlərlə əlbir olub, İslam əleyhinə mübarizə aparacaqlar. Bunda təəccüblü heç nə yoxdur.

Bildiyiniz kimi Qarabağ müharibəsində, İrandan başqa Azərbaycana heç bir dövlət yardım etmədi. Elə ki, Əbülfəz Əliyev (lənətullah) zorla, həyasızlıq edərək hakimiyyəti ələ keçirtdi. O, vaxtdan İran əleyhinə böhtanlar atılmağa başlandı. Hətta Əbülfəz Əliyev utanmadan, Gəncəni Ermənistan ordusuna təhvil verməyədə razı idi (necə ki, Kəlbəcəri verdi). Görün nə deyirdi "bizim ən böyük düşmənimiz İrandır, biz İranla müharibə etməliyik". İki Qardaş dövləti bir-birilə müharibə həddinə gətirib çıxartmışdı.

Təbii ki, bütün bunları Əbülfəz Əliyevə əmr edən var idi. İsrail: Müharibə şəraitində olan və hər gün, torpaqlarından bir hissə itirən Azərbaycanın. Güclü Qonşusu ilə gərginlik yaratmaq kimin işinə gəlirdi. İsrailin çün ki, Sionistlərin ən birinci düşməni İrandır. Və İranın hansısa bir dövlətlə əlaqə qurması, İsrailin heç xoşuna gəlmir. İsrail sonuna qədər, Əbülfəz Əliyevin hakimiyyətdə qalmasının tərəfdarı idi. Çün ki, Əbülfəz Əliyev zəif xarakterli, əyyaşın biri idi. Belə insanları Mossad ələ almağı gözəl bilir!"

Buyurun , təqdim etdiyimiz yazı həmin səhifədə yazılmış son yazı idi. Bundan əvvəl yazılan təhqirlərə , ötən yazımızda toxunmuşuq. Maraqlı burasındadır ki, səhifədə yazılan bir çox yazıların altından Azərbaycan ictimaiətində də tanınan bəzi Qum tələbələrinin imzası qoyulub. Bu hələ harasıdır ? Hətta Azərbaycanın bir çox tanınmış jurnalistləri , ictimai xadimləri də, bu üzdəniraq səhifəni like ediblər .

Hansı ki, bu səhifədə Azərbaycanın keçmiş və indiki dövlət rəhbərləri , Türkiyə dövləti və daha kimlər, kimlər təhqir olunur. Bəs , təriflənənlər kimlərdir? Səhifədə əsasən , Xomeyni , Sistani, "Hizbullah" lider Həsən Həsrullah , həbsdə olan İslam Partiyasının sədri Mövsüm Səmədov, Hacı Abgül və digərləri təbliğ olunaraq, onlar İslamın "nicatı" adlandırılır. İranın türklərdən hər zaman güclü olması barədə statuslar və yazılar paylaşılır. Bunları durdurmağın vaxtı gəlmədimi?

İran casuslarının səhifəsində Elçibəy yenə təhqir edildi
İran casuslarının səhifəsində Elçibəy yenə təhqir edildi
İran casuslarının səhifəsində Elçibəy yenə təhqir edildi
İran casuslarının səhifəsində Elçibəy yenə təhqir edildi
Geri qayıt