Əsas Səhifə > Güney Press / Ana xəbər > "Special" Psixologiya Mərkəzi milləti necə aldadır?

"Special" Psixologiya Mərkəzi milləti necə aldadır?


23-04-2014, 14:14
"Special" Psixologiya Mərkəzi milləti necə aldadır?
Bu gün TİA.AZ-ın redaksiyasına bir şikayət məktubu daxil olub. Məktubda son zamanlar müxtəlif formatlı reklamlarla özünü “ən peşəkar” psixoloji mərkəz kimi tanıtmağa çalışan Special Psixologiya Mərkəzi və bu mərkəzin direktoru Nurlan Kərimov haqqında kifayət qədər bilgi var.

Əmiraslanova Aygün Baba qızının şikayət məktubuna nəzər yetirəndə Special Psixoloji Mərkəzin “uğurlu” fəaliyyəti haqqında insanda kifayət qədər təsəvvür yaranır.

Belə ki, Aygün Əmiraslanova şikayət məktubunda yazır: “Specail Psxilogiya Mərkəzinin direktoru Kərimov Nurlan Bəylər oğlu mənim həyat yoldaşım olub, 2 övladımız var. 2007-ci ildə boşanmışıq, lakin illərdir ki, ondan alment ala bilmirəm. Pulla və başqa yollarla məhkəmə icraçılarını ələ alaraq, Xətayi Rayon Məhkməsinin qətnaməsini dəyişdirmiş və ödəməli olduğu 186 manat əvəzinə, 100 manat məbləğində alment kəsdirib. Halbuki, indi 100 manatı da ödəmir”.
A.Əmiraslanova redaksiyamıza gələrək başına gələnləri öz dili ilə də danışdı və Nurlan Kərimovun hansı qaranlıq işlərlər məşğul olduğuna aydınlıq gətirdi: “O, 1998-ci ildə

Azərbaycan Dövlət Pedaqoji Universitetə daxil olmuşdu, sonra ordan qovdular. Daha sonra restoranlarda ofisinat kimi işləyirdi. Amma birdən-birə varlandı. İndi onun özünün restoranı, maşını, tədris kursları, obyektləri var. Bəs bunları necə əldə edib? O adamın heç ali təhsili yoxdur, amma Special Psixloji Mərkəzin təsisçisi və direktorudur. Ona bu işlərdə kömək edən bir neçə gün bundan əvvəl həbs olunan İlham Mirzəyev olub. İlham Mirzəyev ona o qədər “səlahiyyət” vermişdi ki, Nurlan icraçıları da, məhkəmi də saymır və məhkəmin qərarını müxtəlif yollarla dəyişdirir. İndi İlham Mirzəyev həbs olunub, ancaq onun çirkli işlərini burda Nurlan həyata keçirir. Nurlan insanları aldadır, o öz doğma 2 uşağından imtina edib, indi isə, uşaq psixoloqu işləyir. O adam xəstədir, restoranda ofisiant işləyirdi, indi psixoloqluq edir. Millətdən pullar qoparır, müxtəlif qanunsuz vərəqlər paylayır”.

A.Əmiraslanova N.Kərimovun ona şər atdığnı da bildirdi: “Nurlanın anası özünü döydü və sonra polisə məndən şikayət elədi ki, guya mən vurmuşam. Halbuki, elə şey etməmnişəm, mənə şər atırlar. Xətayi rayon Polis idarəsindən mənə çağırıb dedilər ki, ya tutulacaqsan, ya da almentdən imtian elə uşaqlarımı saxlamaq üçün almentdən imtina edə bilmərəm. İndi çıxlmaz vəziyyətdəyəm, xahiş edirəm, mənə kömək edin. Nurlanın mənə atdığı şəri üstümdən silinsin və almentim ödənsin”.

Geri qayıt