Əsas Səhifə > Güney Press / Ana xəbər > Ədliyyə məmuru vətəndaşı xəstəxanaliq etdi

Ədliyyə məmuru vətəndaşı xəstəxanaliq etdi


23-04-2014, 14:12
Ədliyyə məmuru vətəndaşı xəstəxanaliq etdi
Bu gün Gəncə şəhərinin Nizami rayonun İcra məmuru Qurbanov Cehun iş otağında vətəndaş Əsərova Tahir Zakir qızının vəhşicəsinə döyülməsi nəticəsində xəstəxanalıq olub.İcra məmurunun iş otağında vətəndaşın səhhəti ağırlaşdığından dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Stansiyanın həkim briqadası gəlib.Xəstənin vəziyyəti ağır olduğunu nəzərə alaraq Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım xəsətəxanasının travmatologiya şöbəsinə yerləşdirblər.Adı çəkilən şöbənin travmatoloqu şahin Quluyev əməkdaşımıza vermiş olduğu məlumatda xəstəyə “Təpə nafiyyəsinin əziniyi,keçirilmiş Kəllə beyin travması, saçların yolunması və isterik” vəziyyət diaqnozu ilə daxil olduğunu bildirib.
Gəncə sakini Əsərova Tahir Zakir qızının hal-hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.Həkim travmatoloqun bildirdiyinə görə xəstə hələdə komadadır. İcra məmurları vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməklə yanaşı xanım vətəndaşlarla nəzakətli rəftar etməyi də unutmamalıdır.



Geri qayıt