Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət Reyestr Xidməti vətəndaşların başına corab hörür

Dövlət Reyestr Xidməti vətəndaşların başına corab hörür


22-04-2014, 10:38
Dövlət Reyestr Xidməti vətəndaşların başına corab hörür
Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 33 b, mənzil 131 ünvanında yaşayan Zeynalov Tamerlan Hafiz oğlu Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.org ) müraciət edərək Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin ( DƏDRX ) Bakı Ərazi İdarəsində ( BƏİ ) baş verən qanunsuzluqlardan, rüşvətxorluq hallarından söhbət açıb.

Vətəndaş bidirib ki, 12.11. 2009-cu il tarixdə həyat yoldaşım, Əliyeva qız soyadından mənim Zeynalova soyadına keçirilməsi ilə bağlı, mənzilə dair sərəncam və texniki pasportun təzələnməsini xahiş etmişdir. Sərəncamın təkrar verilməsini tələb etməyimiz bizi əlavə 50 manat dövlət rüsumu ödəməyimizi ( DƏDRX haqqında AR Qanununun 6.2 bəndi ilə ) ödəməkdən azad etməlidir. Bu barədə həyat yoldaşım DƏDRX Bakı Ərazi İdarəsinin rəisi Ş.Şahvələdova 2 dəfə ərizə ilə müraciət etmişdir, lakin qanuni xahişimiz , yəni təkcə sərəncam almaq tələbimizi Şahvələdov təmin etmədiyinə, yalnız sərəncam və texniki pasportun birlikdə verilməsini təzyiq edərək, qanunlarımıza zidd olaraq dövlət rüsumu adı altında bizdən 50 manat istəmişdir.

Belə çıxır ki, təkrar sərəncam alan Azərvaycan vətəndaşları DƏDRX nəzdində fəaliyyət göstərən “Kapital Bank” vasitəsilə aldadılırlar və təkrar sərəncamın verilməsi üçün əlavə 50 manat dövlət rüsumu adı altında yığılan pullar məmurlar tərəfindən mənimsənilir.

Dövlət Reyestr Xidməti vətəndaşların başına corab hörür
Dövlət Reyestr Xidməti vətəndaşların başına corab hörür

Mən bu işlərdə cinayət halını görürəm və hesab edirəm ki, AR Cinayət Məcəlləsinin dələduzluq maddələri ilə cinayət işi açılmalı və mütəşəkkil şəkildə qanunu pozanlar cəzalandırılmalıdırlar.
Doğrudan da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 6.2-ci bəndində konkret olaraq yazılıb: “Əvvəllər hüquqları tanınmış daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmur”.

Tamerlan Zeynalovun redaksiyamlza təqdim elədiyi sənədləri araşdırarkən məlum oldu ki, hüquqları pozulan vətəndaş bu barədə dəfələrlə AP Əmlak Məsələləri Dövlət Komitəsinə, Bakı şəhər prokurorluğuna və digər aidiyyəti qurumlara müraciət eləsə də heç bir nəticə olmayıb.
Yaxşı olar ki, bu məsələ ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olsun.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt