Əsas Səhifə > Güney Press / Ana xəbər > Nurçuların Azərbaycandakı məktəbləri
Nurçuların Azərbaycandakı məktəbləri21-04-2014, 17:12 |
![]() Dünyada nurçu təriqətinin lideri kimi tanınan Fətullah Gülənlə bağlı xəbərlər təkcə Türkiyə mətbuatının deyil, Azərbaycan mediasının da əsas müzakirə mövzusudur. Gülən hərəkatına bağlı təhsil müəssisələrinin siyahısını hazırlayıb. Əslində Gülən məktəblərinin rəsmi olaraq sayını demək qeyri-mümkün olmasa da türk qaynaqlarından əldə etdiyimiz məlumatlarda onların əksəriyyətini müəyyən edə bilmişik. Şimali Amerika qitəsi üzrə: Kanadada Gülən camaatına məxsus xeyli sayda dil kursları fəaliyyət göstərir. Amerikada 5 özəl məktəb, 50-dan çox mədəniyyət mərkəzi bu təriqətə xidmət edir. Gülənçilərin Meksikada da 1 məktəb və mədəniyyət mərkəzləri mövcuddur. Cənubi Amerika qitəsi üzrə: Kolumbiya, Çili, Argentina, Braziliyaya da siraət edən Gülən hərəkatı bu ölkələrdə Mədəniyyət mərkəzləri tikməklə öz ideyalarını təbliğ edirlər. Gülənçilər Afrikaya da gedib çıxa biliblər. Nurçuların Afrika qitəsindəki fəaliyyətini təqdim edirik: Mərakeş: 4 özəl məktəb Əlcəzair: dil kursları Misir: dil kursları və tələbələr üçün yataqxanalar Mavritaniya: 1 özəl məktəb Mali: 1 məktəb Nigeriya: 4 orta məktəb, 1 mədəniyyət mərkəzi Çad: 1 məktəb Efiyopiya: 1 məktəb Qambiya: 1 məktəb Qvineya: 1 məktəb Burkina Faso: 1 məktəb Qana: 1 məktəb Toqo: 1 məktəb Niger: 1 məktəb Kamerun: 1 məktəb Cənubi Afrika Respublikası (CAR): 4 özəl məktəb Konqo və Uqanda: 1 məktəb Kenya: 4 məktəb Tanzaniya: Təhsil kompleksləri Mozambik: 1 məktəb Madaqaskar: 1 məktəb Gülən cammatı demək olar ki, dünyanın dörd bir yanına öz kökünü sala bilib. Əldə etdiyimiz məlumata görə, okeanın o tayında da Gülən tərəfdarları yetişdirilir. Belə ki, Avstraliyada hərəkata məxsus 7, İndoneziyada 4, Filippində də 4 özəl məktəb fəaliyyət göstərir. Bu göstərici Asiya ölkələri üzrə daha çoxdur: Qazaxıstan: 29 məktəb Tacikistan: 13 məktəb Qırğızıstan: 12 məktəb Türkmənistan: 20 məktəb Özbəkistan: 1 məktəb Əfqanıstan: 4 məktəb Pakistan: 6 özəl məktəb, 1 mədəniyyət mərkəzi Hindistan: 3 özəl məktəb, və dil kursları Nepal: 1 məktəb Banqladeş: 4 məktəb Monqolstan: 4 məktəb Yaponiya: 1 məktəb, 5 dil kursu və mədəniyyət mərkəzi Cənubi Koreya: 1 mədəniyyət mərkəzi Malaziya: 1 məktəb Vyetnam: 1 məktəb Kamboca: 2 məktəb Tayland: 3 məktəb Yəmən: 3 məktəb İraq: 4 kollec İsrail: 1 mədəniyyət mərkəzi Dünyanı hörümçək toru kimi əhatəsinə alan bu hərəkatın digər bir qolu Avropaya gedib çıxıb. Rusiya Federasiyası: 6 özəl məktəb Azərbaycan: 12 məktəb Gürcüstan: 3 məktəb Ukrayna: 2 məktəb Moldova: 2 məktəb Latviya: 2 məktəb Litva: 1 mədəniyyət mərkəzi Estonya: 1 mədəniyyət mərkəzi Rumıniya: 4 məktəb Bolqarıstan: 3 məktəb Makedoniya: 4 məktəb Albaniya: 4 məktəb Macarıstan: 1 dil kursu, 1 mədəniyyət mərkəzi Slovakiya: 1 mədəniyyət mərkəzi Çexiya: 1 mədəniyyət mərkəzi Polşa: 1 mədəniyyət mərkəzi Almaniya 3 məktəb, dil kursları və bir neçə mədəniyyət mərkəzi Avstriya: dil kursları İtaliya: 1 mədəniyyət mərkəzi İsveçdə: Tələbə yataqxanaları və mədəniyyət mərkəzi Hollandiya: Tələbə yataqxanaları və mədəniyyət mərkəzi Belçika: 1 məktəb, tələbə yurdu, dil kursları və mədəniyyət mərkəzləri Fransa: dil kurları və mədəniyyət mərkəzləri Eləcə Fətullah Gülən camaatının Danimarka, İsveç, Finlandiya, Norveç, Portuqaliya, İspaniya kimi Avropa ölkələrində mədəniyyət mərkəzləri və xeyli sayda dil kursları fəaliyyət göstərir. Hərəkata məxsus olduğu iddia edilən təhsil ocaqları daha çox Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Azərbaycanda yerləşir. Qırğızıstan Beynəlxalq Atatürk Alatoo Universiteti, Virginiya Universiteti, Beynəlxalq Türkmən-Türk Universiteti, Qazaxıstan Süleyman Dəmirəl Universiteti, Gürcüstan Beynəlxalq Qaradəniz Universiteti, Ölkəmizdə isə Qafqaz universitetinin adı bu siyahıda hallanır. Qeyd edək ki, Gülən camaatına məksus olduğu bildirilən özəl məktəblər bunlardır: Ağdaş Bakı Dədə Qorqud Şirvan Gəncə Lənkəran Mingəçevir Sumqayıt Şəki Quba liseyləri “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası “Kafkas” İlk Öyretim Okulu. Eyni zamanda “Araz” və “Zaman” kurslarının də Gülən camaatına aid olduğu bildirilir. azvision.az Geri qayıt |