Əsas Səhifə > Güney Press / Ana xəbər > İlham Mirzəyevin həbs etdirdiyi Asif Əliyev azadllğa buraxıldı
İlham Mirzəyevin həbs etdirdiyi Asif Əliyev azadllğa buraxıldı18-04-2014, 15:15 |
|
Bu gün Yasamal Rayon Məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs edilən Əliyev Asif Oruc oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Qərarı elan edən hakim Ayaz Məmmədov Asif Əliyevi məhkəmə zalından azadlığa buraxıb. Bu barədə В«TəzadlarВ»a Asif Əliyevin qohumu məlumat verdi. Qeyd edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı Rizvan Sultanov çıxış edərək, Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunan Asif Əliyevin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Təqsirləndirilən Asif Əliyevin vəkili Abuzər Mütəllimov isə müdafiə çıxışı edərək bildirmişdi ki, A.Əliyev iftiranın və sübutların saxtalaşdırılmasının qurbanı olub, ona qarşı irəli sürülmüş ittihamda təqsirsizdir, ittiham olunduğu əməlləri törətməyib. Bu səbəbdən də vəkil müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəmişdi. Hakim müşavirəyə getdiyini elan edərək, qərarın verilməsini qeyri-müəyyən vaxta təxirə salmışdı. Nəhayət, bu gün qərarı elan edən hakim Ayaz Məmmədov Asif Əliyevi məhkəmə zalından azadlığa buraxıb. Geri qayıt |