Əsas Səhifə > Güney Press / Ana xəbər > Ziya Məmmədovun qardaşının evi qarət olunub

Ziya Məmmədovun qardaşının evi qarət olunub


18-04-2014, 09:12
Ziya Məmmədovun qardaşının evi qarət olunub
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun Ucar rayonundakı evinin oğurlandığına dair məlumatlar yayılıb. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, hadisənin konkret olaraq nə zaman baş verdiyi və oğruların evdən nələr apardığına dair heç bir bilgi verilməyib.

Məsələ ilə bağlı Ucardakı mənbələrlə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, hazırda bu barədə rayonda hər kəs danışır. Deyilənlərə görə, oğrular nazirin qardaşının evindən böyük məbləğdə pul aparıblar. Amma yerli hüquq mühafizə orqanları bu barədə heç bir açıqlama vermirlər.

Məsələni dəqiqləşdirmək üçün araşdırmalarımız davam edir.

Geri qayıt