Əsas Səhifə > Güney Press / Ana xəbər > Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib

Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib


17-04-2014, 15:22
Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşı həbs edilib
Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşı həbs edilib.

APA-nın məlumatına görə, Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Həsənov Əhməd Elxan oğlu hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Onun Suriyada silahlı qruplaşmaların tərkibində döyüşlərdə 7 ay iştirak etdiyi, Suriyaya qanunsuz yolla getdiyi müəyyənləşib.

Ə. Həsənov Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

O, Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə təqsirləndirilir.

Geri qayıt