Əsas Səhifə > Güney Press / Ana xəbər > Üsyandan sonra da İsmayıllıda heç nə dəyişməyib

Üsyandan sonra da İsmayıllıda heç nə dəyişməyib


16-04-2014, 16:08
Üsyandan sonra da İsmayıllıda heç nə dəyişməyib
İsmayllı rayonunda adı olub, özü olmayan bağçalara hər il üz minlərlə manat vəsait ayrılır. TİA.AZ-ın əldə etdiyi məlumata görə, rayonda fəaliyyət göstərməyən, yalnız sənədlərdə adı olan həmin müəssisələrə ayrılan pullar guya, ərzaq məhsullarının alınmasına sərf olunur.

TİA.AZ-a verilən məlumatda deyilir ki, hər bir kənddə uşaq bağçası olduğu sənədlərdə qeyd olunsa da, əslində, bu büdcə pullarını silmək üçün nəzərdə tutulmuş vasitələrdən biri sayılır. Prosesə İsmayıllı İcra Hakimiyyətinin bilavasitə nəzarət etdiyi və pulları da oradakı məmurlar tərəfindən bölüşdürüldüyü iddia olunur.

Məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə bu işlərin hansı şəkildə həyata keçirildiyi barədə geniş məlumat verəcəyik.

Geri qayıt