Əsas Səhifə > Güney Press / Ana xəbər > "Bu gün AZAL-da əməlli-başlı haqsızlıq və özbaşınalıq hökm sürür"

"Bu gün AZAL-da əməlli-başlı haqsızlıq və özbaşınalıq hökm sürür"


16-04-2014, 16:06
"Bu gün AZAL-da əməlli-başlı haqsızlıq və özbaşınalıq hökm sürür"
AZAL-da əməkhaqlarının verilməsi ilə bağlı narazılıqlar yaranıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, AZAL-da işçilərə aylarla əməkhaqqı verilməməsi işçilər arasında ciddi narazıçılığa səbəb olub.

Adının çəkilməsini istəməyən AZAL-ın əməkdaşı deyib ki, artıq əməkhaqlarının geçikməsi şirkətddə bir ənənə halına çevrilib. Hazırda şirkət əməkdaşlarınin bir qismi fevral, digər bir qismi isə mart ayına olan maaşlarını ala bilməyiblər.
Mənbə onu da bildirib ki, maaşı verəndə də onun müyyən qismini kəsirlər: "Şirkətdə iş saatı 12-16 saat olduğu halda, işlədiyimiz iş saatı tam ödənilmir. Hətta nahar vaxtı verilən bir saatlıq fasiləyə görə də pul ödənilmir. Bundan əlavə olaraq, əgər şirkətdə həyacan siqnalı zamanı işçilər işə çağrılarllarsa, o zaman da əlavə iş vaxtına görə pul ödənilmir”.

AZAL-da baş verən qanunsuzluq və özbaşınalıqdan şikayət edən mənbə onuda bildirib ki, şirkət rəhbərliyi təcrübəli və bacarıqlı işçiləri müəyən təzyiq və adlarla işdən qovur, yerinə isə tanışlıq yolu ilə iş bacarmayanlar işə götürülür: “Bir sözlə, bu gün AZAL-da əməlli-başlı haqsızlıq və özbaşınalıq hökm sürür. Burada baş verən haqsizlıqları deməklə bitmir. Hər addımda işçinin hüququ pozulur”.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt